Tarixi abidələrimiz belə erməniləşdirilir-FOTOLAR
Ermənistan rejiminin Azərbaycanın işğal olunmuş ərazilərində madi-mədəni abidələrə qarşı vandalizmi davam edir.
Admiral.az xəbər verir ki, işğalçı rejim bu dəfə Qərbi Azərbaycan bölgəsində yerləşən “Uzunlar” Türk-Oğuz məbədini erməniləşdirmək üçün işə başlayıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, ermənilər ötən ildən başlayaraq, “Uzunlar” məbədindən türk izlərini silməyə çalışırlar. Bu iş xarici inşaat şirkətləri vasitəsilə həyata keçirilir.
Ermənistanın “ankyun3.am” saytının yaydığı fotolar bunu sübut edir.
Qeyd edək ki, “Uzunlar” məbədi Qərbi Azərbaycanın Allahverdi rayonunun Uzunlar kəndində yerləşir. Məbəd VI əsrin sonu, VII əsrin əvvələrinə aiddir.