Prezidentlər Sankt-Peterburqa toplaşır
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli Sankt-Peterburq görüşü bu gün keçiriləcək.
Modern.az xəbər verir ki, görüş ərəfəsində açıqlanan rəsmi məlumata görə, toplantıda ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.
Görüşdə Qarabağ münaqişəsilə bağlı Vyanada əldə olunmuş razılıqların təsdiqi – atəşkəs rejiminin pozulma hallarının araşdırılması üçün mexanizmlərin müzakirəsi, ATƏT-in Minsk qrupunun monitorinq imkanlarının genişləndirilməsi və s. müzakirə olunacaq.