“Erməni qoşunları bölgədən çıxarılmalıdır”
Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
RİA Novosti-nin verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib. Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, – deyə o vurğulayıb.