“Şuşa Qarabağ” ev oyununu harada keçirəcək?
Gələn mövsüm Azərbaycan I divizionunda mübarizə aparacaq “Şuşa Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion məlum olub.
Klubdan Qol.az-a verilən məlumata görə, Müşahidə şurasının qərarına əsasən komanda ev oyunlarını Masazırda yerləşən “Əlincə” stadionunda keçirəcək.
Bu stadiona gələn azarkeşlərə müəyyən üzvlük kartları paylanacaq.Bu kartları alan şəxslər komandanın ev və rəqib meydanda keçirəcəyi oyunları pulsuz izləyə biləcəklər.