Azərbaycan və Ermənistan prezidentlərinin aprel döyüşlərindən sonra növbəti görüşü ərəfəsində Şəhid, Əlil və Veteranlar Birliyinin sədri Yaşar Məhərrəmov ANS TV-yə açıqlamasında bildirib ki, o ermənilərə inanmır və Dağlıq Qarabağ münaqişənin müharibə yolu ilə həll olunmasının tərəfdarıdır:
“Ermənilər danışıqlarsan qaçsalarda-qaçmasalarda biz torpaqlarımızı azad edəcəyik. Müharibəni dayandırmağa ehtiyyac yoxdur. Bu mücadiləni axıra çatdırmalıyıq. Torpaqlarımızı işğaldan azad etməliyik. Ermənilər neçə illərdir bizi aldadırlar”.