“Formula-1”: Bakıda ən sürətli Niko Rosberq olub
Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb.
Apasport.az saytının məlumatına görə, 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın canlı izlədiyi Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. O, 51 dövrədən ən tezini 1:47,023 dəqiqəyə daha sürətli keçib.