Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiyalı hərbi ekspert Ermənistanı Türkiyə və ABŞ-la qorxutdu

“İrəvan Moskva ilə hərbi əməkdaşlıqdan imtina edə bilməz, ermənilər heç vaxt buna getməzlər, çünki…”; işğalçı ölkənin zorən Avrasiya Birliyinə qoşulmasının yeni pərdəarxası – Qarabağa görə imiş…

İşğalçı Ermənistanda Rusiya əleyhinə etirazlar davam edir. Maraqlıdır ki, daha çox ictimai səviyyəsində özünü göstərən etirazlara altdan-altdan rəsmi strukturlar tərəfindən də dəstək verilməkdədir. Rusiyadan narazılıq son olaraq Rusiya ilə Ermənistan arasında birgə hava hücumundan müdafiə sisteminin (HHM) yaradılması məsələsində özünü göstərməkdədir.
Bəllidir ki, Ermənistanda bu sazişin parlamentdə ratifikasiyası əleyhinə aksiyalar keçirilib və sənədin ratifikasiyası qeyri-müəyyən müddətə qədər təxirə salınıb. Paralel surətdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu əleyhinə etirazlar səngimir. Etirazçılar həmçinin, Moskvanı Azərbaycanı silahlandırmaqda ittiham edərək, onunla müttəfiqliyin Ermənistanın maraqlarına zidd olduğunu bəyan edirlər.
Əlbəttə ki, bu kimi iddialar əsassızdır və Moskvadan Azərbaycan qarşısında, həm də belə görünür ki, prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsi daha çox güzəşt qoparmağa hesablanıb. Hər halda, bunu bilməyən yoxdur ki, Ermənistan adlı qondarma dövlətin bu gün virtual mövcudluğunun da, onun Azərbaycana qarşı işğalçı siyasətinin yeganə qarantı da məhz Rusiyadır.
Odur ki, Ermənistanda anti-Rusiya etirazları rahat şəkildə Moskvaya qarşı nankorluq aktları kimi də qiymətləndirilə bilər. Bunu artıq rusiyalı ekspertlər də görməyə və nankor ermənilərə xəbərdarlıqlarla çıxış eləməyə, onlara yerlərini göstərməyə başlayıblar.
***
“Ermənistanda Rusiya ilə birgə ortaq hava hücumundan müdafiə sisteminin yaradılması əleyhinə etirazlar ya orada bəzi qüvvələrin Rusiya əleyhinə məqsədli siyasətinin nəticəsidir, ya da bu gün Moskvanın Ermənistandakı hərbi mövcudluğunun nə dərəcədə vacib olmasının dərk edilməməsinin məhsuludur”. Bu sözləri tanınmış rusiyalı hərbi ekspert Vladimir Yevseyev “Vestnik Kavkaza” nəşrinə açıqlamsında Ermənistandakı anti-Rusiya isteriyasını şərh edərkən deyib.
“Bu məsələni qızışdıranlar iki ölkənin HHM sistemlərinin birləşdirilmısinin real imkanlarını təsəvvür eləmir və məsələni belə qoyurlar ki, guya bu, Ermənistanın suverenliyini pozacaq. Dəqiq anlamaq lazımdır ki, əgər Rusiya öz qoşunlarını Ermənistandan çıxarsa, o zaman respublikanın ciddi HHM sistemi olmayacaq. Xüsusən də Türkiyə ilə potensial konflikt nəzərə alınarsa, bunun nə demək olduğu aydındır yəqin ki. Odur ki, bütüm bunları o adamlar deyir ki, Ermənistanın milli maraqlarını başa düşmürlər” – ekspert qeyd edib.
Analitik daha sonra İrəvanın Rusiya hərbi mövcudluğundan götürdüyü qazanclara diqqət yönəldib: “Ermənistanda sərhəd xidməti əməkdaşları da daxil, rusiyalı hərbi qulluqçuların mövcudluğu Türkiyə ilə konfliktdən qaçmaq üçün yeganə zəmanətdir. İrəvan Moskva ilə hərbi əməkdaşlıqdan imtina edə bilməz. Bu, təslim olmaq kimi bir şey olardı. Ermənilər heç vaxt buna getməzlər. Bu mənada heç bir halda ayrı-ayrı erməni siyasətçilərinin bəyanatları ilə respublikanın milli maraqlarını qarışdırmaq lazım deyil. Rusiya hərbi qüvvələrinin Ermənistanda varlığı onun müstəqil və suveren dövlət kimi qalması üçün həyati dərəcədə vacibdir. Qoşunların çıxarılacağı təqdirdə Ermənistanın suverenliyinin qalacağına zəmanət yoxdur”.
“Əlbəttə ki, potensial alternativ var – ABŞ. Ancaq bu variant nə dərəcədə yaxşıdır, onu ABŞ-ın qoşun yeritdiyi dövlətlərin nümunəsindən görmək olar: bundan sonra həmin ölkələrdə bəzən hakimiyyətlər devrilib, bunu ardınca isə dövlətçiliyin məhvi baş verib. Bunun ən parlaq nümunəsi – Liviyadır. Bu nümunə Ermənistan üçün dərc olmalıdır” – rusiyalı təhlilçi fikrini tamamlayıb.
***
Ermənistanın bir dövlət olaraq Rusiyasız mövcud ola bilməyəcəyini bu faktdan da görmək olar. Söhbət rəsmi İrəvanın ilyarım öncə Moskvanın təhdidi ilə Avropa Birliyi ilə assosiasiya sazişindən imtina edib Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulmasından gedir.
“Ermənistan Assosiasiya sazişini imzalamağa hazır idi. Lakin Rusiya prezidenti Vladimir Putinin hədələrindən çəkinib bunu etmədi”. Bu barədə adının açıqlanmasını istəməyən erməni diplomatlarından biri Avropa İttifaqı məsələlərindən yazan “EuObserver” internet nəşrinə açıqlamasında deyib (Virtualaz.org). “Biz Ukraynanın ardınca Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamağa hazırlaşırdıq. Ancaq Rusiya prezidenti Vladimir Putinin şantajına görə son anda fikrimizdən daşındıq” – erməni diplomat etiraf edib.
Onun sözlərinə görə, Putin Ermənistan hökumətini destablizə etməklə və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutmaqla hədələyib. “Yəqin ki, bizim Avropa Birliyi ilə sazişdən imtina etməyimiz Ukraynada baş verənlərlə müqayisədə ödədiyimiz o qədər də baha qiymət deyil” – o əlavə edib.
Xatırladaq ki, Ermənistan 2013-cü ilin payızında Aİ ilə Assosiasiya sazişinin imzalaması ərəfəsində mövqeyini kəskin dəyişib. Bu, prezident Serj Sərkisyanın qəfil Moskvaya çağırılmasından sonra baş vermişdi. Sərkisyan Moskvada Putinlə görüşəndən sonra elan eləmişi ki, Ermənistan Avrasiya İttifaqına qoşulmağa qərar verib.
Sonradan məlumatlar yayıldı ki, Putin Sərkisyana Azərbaycan tanklarının Qarabağa doğru necə irəliləyəcəyini əks etdirən planı göstərib, deyib ki, bu halda Rusiya Ermənistanın tərəfində olmayacaq. İndi “EUObserver” qeyd edir ki, Ermənistan Putinin təhdidləri qarşısında qərarını dəyişsə də, aprelin əvvəllərində Qarabağda hərbi əməliyyatlar hər halda alovlandı…
***
Yuxarıdakı faktlardan da bir daha göründüyü kimi, əslində Ermənistanda Rusiyaya qarşı etirazlar sırf imitasiya xarakteri daşıyır və blefdir. Əgər işğalçı ölkə Rusiya ilə 50 illiyinə (2048-ci ilədək) hərbi müttəfiqlik müqaviləsi imzalayıbsa və bu müqavilənin ləğvini ağlına belə gətirmirsə, üstəlik, Kremlin Avrasiya layihələrində iştirakını məmnuniyyətlə davam etdirirsə, onun öz müttəfiqindən gileylənməsi ciddi təsir bağışlaya bilməz.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930