Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bakı və Kreml Qarabağ məsələsində anlaşıb-görüş öncəsi şok iddia

Peterburq danışıqları ərəfəsində informasiya müharibəsi şiddətlənir; Rusiyadan işğalçıya görüşqabağı iki bəd sürpriz; erməni politoloq: “İrəvan özünün bütün şərtlərindən imtina edib…”

Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlıq elədiyi ölkələrdən biri və birincisi, məlum olduğu kimi, Rusiyadır. Bu əməkdaşlıq xüsusən də son illər xeyli dərəcədə genişlənib, Azərbaycan şimal qonşumuzun etibarlı silah alıcılarından birinə çevrilib.
O da faktdır ki, imzalanan müqavilələr, demək olar, problemsiz və vaxtında həyata keçməkdədir. Rusiya baş nazirinin müavini, bu ölkədəki hərbi-sənaye kompleksini kurasiya edən, Putinin yaxın adamı Dmitri Roqozinin az öncə qısa müddətdə Bakıya iki dəfə səfər eləməsi məhz buna hesablanmışdı.
Artıq Rusiya tərəfi müqavilə ilə Azərbaycana çatdırmalı olduğu “T 90C” tanklarının bütün partiyasını ölkəmizə təhvil verib. Belə bir açıqlamanı “Uralvaqonzavod” korparasiyasının baş direktoru Oleq Sienko bildirib. Bu ilin sonunadək Rusiyanın Azərbaycana “BMP-3″ piyadalar üçün döyüş maşınlarının verilməsini yekunlaşdıracağı da gözlənilir.
Qeyd edək ki, Azərbaycan Rusiyadan böyük partiya silah və texnika alınması barədə hələ 2010-cu ildə müqavilə bağlanıb. Ekspertlər müqavilənin dəyərinin 1 milyard dollar həcmində olduğunu deyirlər.
***
Rusiyadan Azərbaycana bu kimi müasir ölüm saçan maşınların verilməsi haqda məlumatın məhz Azərbaycan və Ermənistan prezidentlərin Peterburq görüşünə (20 iyun) sayılı günlər qalmış açıqlanması diqqət çəkməyə bilmir. Məsələ ondadır ki, hazırda Ermənistanda ən güclü qıcıq doğuran mövzulardan biri elə Moskva ilə Bakı arasında davam edən silah ticarətidir. İstisna deyil ki, belə xəbərlərin dövriyyəyə buraxılmasının arxasında rəsmi Moskvanın ərköyün Ermənistana və onun toplumuna müəyyən formada gözdağı vermək istəyi də gizlənir.
Bu arada Ermənistanda üstəlik, prezidentlərin qarşıdakı görüşü ilə bağlı bədbin proqnozlar səslənməyə başlayıb. Məsələn, İrəvandakı Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru, tanınmış erməni politoloqu Manvel Sərkisyan hesab edir ki, Peterburq görüşü Ermənistana əslində zorla sırınıb. Onun sözlərinə görə, “birmənalı şəkildə demək olar ki, Rusiya və Azərbaycan Qarabağ məsələsində hansısa anlaşma əldə edib”.
“Faktiki şəkildə Qarabağa dair görüş formatı dəyişib, yenisi təklif olunub. Bu – faktdır. Bunu ATƏT-in bəyanatı da təsdiq edir ki, təşkilat Peterburq görüşünün təşkili ilə məşğul olmur, bu, Vyanadakı görüş formatı deyil. Artıq aydındır ki, mayın 16-da Vyanada aparılan danışıqların nəticələri reallığa çevrilməyib. Azərbaycanın belə bir istəyi yoxdur: Bakı həmişə olduğu kimi, istəyir ki, Rusiyanın əli ilə erməni respublikalarını (Ermənistanı və separatçı rejimi nəzərdə tutur – red.)  neytrallaşdırsın” – politoloq qeyd edib.
Onun sözlərinə görə, Ermənistan parlamentinin vitse-spikeri Aduard Şarmazanov da də bəyan edib ki, Vyana öhdəlikləri yerinə yetirilmir, “ancaq nəticəsiz danışıqlar da heç olmayan danışırqlardan yaxşıdır”. “Yəni hazırda zorla sırınan bir situasiya yaranıb. Danışıqlar prosesinin formatı artıq pozulub. Danışıqların bərpası üçün İrəvan tələb irəli sürmüşdü ki, təmas xəttində insidentlərin araşdırılması mexanizmləri tətbiq edilsin. Əgər indilikdə bu yoxdursa və Ermənistan bununla belə, danışıqlara gedirsə, demək, bu bizə sırınmış bir görüşdür” – Sərkisyan bildirib.
“Aprel müharibəsindən sonra erməni tərəfi özünün bütün bəyanatlarından, addım və şərtlərindən imtina eləməklə qeyri-prinsipial mövqe göstərib” – erməni analitik sonda diqqətə çatdırıb.
*** 
Əlavə edək ki, bu ərəfədə qoşunların təmas xəttində yeni nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı Vyanada əldə edilən ilkin anlaşmanın həqiqətın fiasko olması haqda məlumatlar yayılıb. İş ondadır ki, işğalçı Ermənistanın təhlükəsizliyinə və işğalın qalmasına xidmət edən bu yeni, eyni zamanda baha başa gələcək mexanizm məsələsinə Azərbaycanla yanaşı, Rusiya da soyuq yanaşır. Səbəb belədir: əgər o halda Azərbaycanın öz ərazilərini güc yolu ilə azad eləmək imkanları məhdudlasacaqsa, Rusiya da narahatdır ki, həmin mexanizmləri tətbiq eləməklə Qərbin, ABŞ-ın Qarabağ konfliktinə nəzarət imkanları artacaq.
Bu mənada yeni mexanizm məsələsinin “sabotay edilməsini” prezidentlərin Peterburq görüşü ərəfəsində rəsmi Kremlin İrəvana daha bir anti-sürprizi saymaq mümkündür. Maraqlıdır, Rusiya Ermənistana gözdağımı verir? 
Suala bitkin cavabı yəqin ki, iki gün sonra alacağıq.

Yada salaq ki, iyunun 20-də Peterburaqda prezident Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyanla əvvəlcə ayrı-ayrılıqda görüşəcək. Sonra isə Qarabağa dair üçtərəfli görüş keçiriləcək.(musavat.com)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930