Rusiyanın “T-90” tankları Azərbaycanda –Öhdəlik tam yerinə yetirilib
Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam olaraq yerinə yetirib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə “Uralvaqonzavod” korporasiyasının baş direktoru Oleq Siyenko bildirib.
“Tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, – deyə Siyenko Sankt-Petrburq Beynəlxalq İqtisadi Forumda müvafiq suala cavab olaraq bildirib.
Bundan əvvəl Rusiya istehsalı “PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.
Rusiya və Azərbaycan arasında 2010-cu ildə silah və texnikanın tədarükünə dair razılıq əldə olunub. “Rosoboroneksport”dan 1 mlrd. dollar dəyərində olan bu sazişlər paketinin 2017-ci ildə icra olunacağı bildirilmişdir.