İraq hökuməti Əl-Faluca şəhərində qələbəni elan edib
Iraq hökuməti paytaxt Bağdaddan 50 km qərbdə yerləşən əl-Faluca şəhərinə nəzarəti bərpa edib. TASS xəbər verir ki, bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bildirib.
“Növbəti hədəfimiz Mosul şəhəridir. Əl-Faluca isə yaxın saatlarda terrorçulardan tamamilə təmizlənəcək”, – deyə H.əl-Abadi bildirib.
Qeyd edək ki, iyunun 17-də İraq ordusu Əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.