Britaniyalı siyasətçilər şərt qoydu: “Ya İngiltərə, ya da Türkiyə”
İyunun 23-də Avropa Birliyində üzv kimi qalıb-qalmamaqla bağlı Birləşmiş Krallıqda keçiriləcək referenduma sayılı günlər qalır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “İngiltərənin Avropa Birliyindən çıxması” layihəsinin müəllifləri olan Londonun sabiq meri Boris Johnson və Böyük Britaniyanın ədliyyə naziri Maykl Qov baş nazir Devid Kamerona çağırış edib:
Çağırışda deyilir ki, İngiltərə Türkiyənin bu təşkilata üzv olmağacağı barədə Avropa Birliyindən qəti zəmanət almalıdır:
“Əks halda, Böyük Britaniya Avropa Birliyində üzv kimi qalmamalıdır. Çünki Türkiyə Avropa Birliyinə üzv olarsa, 77 milyon türk İngiltərəyə gələcək. Böyük Britaniya hökumətinə əsas çağırışımız odur ki, Avropa Birliyində ya Türkiyə olmalıdır, ya da biz. Əks halda, Böyük Britaniya Türkiyə ilə bərabər bu təşkilatda qala bilməz. Avropa Birliyi seçim etməlidir”.