Yezidilərin lideri Qarabağda ölən silahlılarının sayını açıqladı
“Ermənilərlə yezidi kürdlər arasında tarixi dostluq əlaqələrinin olduğu Qarabağ müharibəsində özünü bir daha isbat etdi”.
Hafta.az-ın ermenihaber-ə istinadən verdiyi xəbərə əsasən, bu açıqlamanı Beynəlxalq Yezidilər Birliyinin sədri Əziz Tamoyan verib. Tamoyana görə, ümumilikdə Qarabağ müharibəsi zamanı 36, bu il aprel ayının əvvəlində baş vermiş dördgünlük savaşda isə 5 yezidi kürd əsgəri həlak olub. Ə.Tamoyan əlavə edib ki, artıq yezidilərin də “soyqırım”a uğradıqlarını dünyaya bəlli eləmək üçün qanun layihəsi hazırlamaq istəyirlər. “Bu layihənin hansı partiya tərəfindən hazırlanması əsas şərt deyil. Türkiyə anlamalıdır ki, erməni, yezidi, yəhudi, süryani və yunanlara qarşı törətdiyi soyqırımı gizlədə bilməz. Çünki əlimizdə dəlil-sübutlar var”, – deyən yezidi lider sərsəm fikirləri ilə gündəmə gəlmək istəyib.