Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Üzeyir bəyin çap olunmamış zarafatları

Tanınmış jurnalist, “Bakı-Baku” qəzetinin baş redaktoru Rauf Ağayev dahi bəstəkar Üzeyir Hacıbəyovla bağlı bir neçə xatirəni qələmə alıb.

Jurnalist bu xatirələri Üzeyir bəy Hacıbəyovun Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi dövrdə onun assistenti olmuş Zaxar Yakovleviç Stelnikin danışdığını bildirib. O qeyd edib ki, Stelnikin danışdığı xatirələri o illərdə qəzetə yazmaq olmazdı və buna görə də onları üstündən uzun müddət keçəndən sonra qələmə alıb.

Dahi bəstəkarla bağlı iki xatirəni təqdim edirik:

Karlar

Günlərin birində Dağıstandan vilayət partiya komitəsinin katibi Bakıya, Üzeyir bəyin evinə qonaq gəlir. Söhbət əsnasında qonaq xahiş edir ki, onu Müslüm Maqomayevlə tanış etsin.

Üzeyir bəy məmnuniyyətlə:

– Bu dəqiqə zəng vuraram, ona desinlər ki, tez bizə gəlsin. Şəxsən özü ilə telefonla danışmaq günü-gündən mümkünsüz olur. Qulağı ağır eşidir axı. Lap kar olub e. Xahiş edirəm onunla çox ucadan danışasınız. Yoxsa eşitmir və təkrar soruşmağa da utanır. Çox utancaqdır.

Otaqdan çıxıb Müslüm Maqomayevə zəng vurur. Deyir ki, Dağıstanın katibi bizdədi. Səninlə tanış olmaq istəyir. Tez gəl. Amma… amma bərkdən danış. Lap ucadan. Bədbəxt oğlu kar imiş. Eşitməyəndə də təkrar soruşmağa utanır. Nəzərə al.

Müslüm Mamqomayev gəlir. Qonaqla qucaqlaşıb öpüşürlər, qışqıra-qışqıra hal-əhval tutduqdan sonra qışqıra-qışqıra söhbətə başlayırlar. Çay gətirən Məleykə xanım evi bürüyən çığırtı-bağırtıdan, padnos əlində, yerində donub qalır. Üzeyir bəy isə kresloya yıxılıb gülməkdən uğunur. Az sonra qonaqlar da başa düşürlər ki, bu, Üzeyir bəyin növbəti zarafatlarından imiş.

Bəxtimiz gətirib

Üzeyir bəy heç vaxt tək yemək yeməzdi. Bu xasiyyətini hamı bilirdi. Mütləq kimi isə dəvət edirdi. Bir gün günorta zəng vurur Səid Rüstəmova. Onu evə, nahara dəvət edir. Səid and-aman eləyir ki, Üzeyir bəy, məni məzur tutun, bu dəqiqə yaxşı nahar edib durmuşam. Üzeyir bəy israr edincə Səid söhbəti uzatmır. Gəlir. İxtilat edirlər və Üzeyir bəy də yeməyini yeyir. Söhbətə başı qarışan Səid bir boşqab şorbanı içir. Sonra ikincini içir. Söhbətin şirin yerində girişir tabakaya. Bu vaxt Üzeyir bəy Məleykə xanımı səsləyir. O içəri girib:

– Bəli, Üzeyir bəy, – deyir.

– Ay Məleykə xanım, necə şanslı insanlarıq, bəxtimiz gətirib ki, Səid yeyib gəlib, – deyir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930