Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Deputat: “Ermənistan rəhbərliyi də Səddam Hüseyn kimi…”

“Bu ayın 20-də Sankt-Peterburqda keçirilməsi gözlənilən Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə aparılacaq danışıqların atmosferi əvvəlki kimi olmayacaq. Çünki aprelin əvvəllərində cəbhədə baş verən hərbi əməliyyatlar artıq bu danışıqları yeni müstəviyə çıxarıb”.

 Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov bildirib.

 Deputat deyib ki, danışıqlarla bağlı istər Ermənistan, istər Rusiya, istərsə də ATƏT Minsk qrupu həmsədrlərinin fikirləri dəyişib: “Bu fikirlərin dəyişməsinin əsas səbəbi də aprelin əvvəllərində Azərbaycan ordusunun işğalçı erməni qoşunlarının təxribatlarına layiqli cavab verməsi olub”.

 R.Cəbrayılov prezidentlərin növbəti görüşündən bütövlükdə daha geniş dəyişiklikləri gözləmədiyini söyləyib: “Əgər işğalçı Ermənistana ciddi təsir və ya təzyiq olunmasa, münaqişənin həlli ilə bağlı mühüm dəyişikliklərin əldə olunacağını düşünmürəm. Baxmayaraq ki, bu yaxınlarda ABŞ prezidenti Barak Obama bəyanatında bildirdi ki, Qarabağa bitişik olan 7 rayonun idarəçiliyi Azərbaycana qaytarılmalıdır. ABŞ kimi böyük dövlətin birinci şəxsinin belə bəyanatla çıxış etməsi müsbət bir haldır. Ancaq şəxsən mən Rusiyanın iştirakı ilə keçiriləcək bu görüşdən müsbət nəticə gözləmirəm”.

 R.Cəbrayılov hər dəfə prezidentlərin görüşü ərəfəsində Ermənistanın təxribata əl atması məsələsinə də toxunub: “Bilirsiniz, hərbi ritorika müharibə vəziyyətində olan bütün tərəflərə xas jestlərdir. Başqa cür bu mümkün də deyil. Hər kəs öz gücünü nümayiş etdirməlidir. Ancaq Azərbaycandan fərqli olaraq Ermənistan yalnız boş sözlərlə “gücünü” nümayiş etdirir. İşğalçı Ermənistan hər dəfə prezidentlərin görüşləri ərəfəsində təxribatlara cəhd edir, Azərbaycan ordusunun guya zəif olması barədə sərsəm bəyanatlar səsləndirir və sairə. Əgər yadınıza gəlirsə, 2003-cü ildə ABŞ qoşunları İraqın paytaxtına qədər gəlib çatmışdılar, ancaq Səddam Hüseyn yenə də ritorik sözlərdən istifadə edərək, NATO ordusunu “zəif” adlandırırdı. Bu gün Ermənistan rəhbərliyi də tez-tez Azərbaycan ordusu haqqında mənfi fikirlər səsləndirir. Təbii ki, Ermənistan işğalçı düşmən dövlət olduğu üçün Azərbaycan haqqında müsbət fikirlər söyləməz. Ancaq reallıq əksinədir. Zamanı çatanda Azərbaycan ordusu yenə də öz gücünü Ermənistana göstərəcək və münaqişə də birdəfəlik həll olunacaq”.

 Deputat həmçinin bildirib ki, aprel əməliyyatlarından əvvəlki və sonrakı prosesləri təhlil edəndə, ən azı 7 rayonun tezliklə qaytarılması imkanlarının yarandığı qənaətinə gəlmək olur: “Ən azı ilkin olaraq 7 rayonun qaytarılması üçün daha əlverişli vəziyyət yaranıb. İşğalçı Ermənistan da vaxt yubatmadan, bu vəziyyətdən istifadə edib, torpaqları sülh yolu ilə qaytarmalıdır”.

 Xatırladaq ki, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla birgə görüşü keçiriləcək.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930