Beynəlxalq Valyuta Fondu Ermənistana22 milyon dollar ayırdı
- Beynəlxalq Valyuta Fondu Ermənistana 22 milyon dollar yardım ayrılmasına qərar verib.
- Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, fondun Direktorlar Şurası bu vəsaiti Ermənistan iqtisadiyyatının inkişafı üçün ayırır.
- Bununla da Ermənistana 71,5 milyon dolların ayrılmasını nəzərdə tutan 3 illik yardım proqramı başa çatmış olur.
- Fond İrəvana bundan əvvəl də iki dəfə maliyyə ayırıb və ölkənin bu vəsaitdən səmərəli istifadə etdiyini, islahatlarla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini bəyan edib.