Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Başdan-başa təbiət təbli…

xalq duyğulu, elat qəlbli, “Arif” təxəllüsü ilə bahəm “qağa” ləqəbli Hüseyn Arif

Bu şairin yaradıcılığındakı tər-təbiət günəşi digər bütün “ay-ulduz” mövzularının dərinliyinə “qaib”, sərinliyinə “hayıf” bir “kölgə” salmış…
Ana təbiətlə bu şairin təbiəti arasındakı fərqlər bu ki; biri yaradılandı, biri yazılan, birində dörd fəsil var, birində – “qəza-qurban övlad” ladlı notların istisnası ilə – yalnız yaz-bahar…

Öncə, bu büsbütün təbiət təblimizin dünyagəlişi, cəmiyyət, sər-səlahiyyət “yaradıcılığı” haqda.
1924-cü il iyunun 15-də Ağstafada doğulub. Bakı Pedaqoji Məktəbini, ADU-nun Şərqşünaslıq fakültəsini, Qorki adına Ədəbiyyat İnstitutunun (Moskva) aspiranturasını bitirib. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978) və Xalq şairidir (1989). 1992-ci il sentyabrın 14-də vəfat edib.
Bu tər-təbiət şairi rəsmi-rəyasət işlərini qətiyyən xoşlamayıb və böyük qızı Səhər demişkən, onun ömrü uzunu yaratdığı əmək-iş “potret”i belə olub: 1957-59-cu illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, 1965-67-də “Azərnəşr”də böyük redaktor, 1967-68-də “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, 1980-82-də Mədəniyyət Nazirliyinin Mədəni-maarif idarəsində redaksiya kollegiyasının üzvü, ömrünün sonunadək Aşıqlar Birliyinin sədri. Və… onun bu karyera portreti “dissertasiya”sını müdafiə edən poeziya tablolarının ikisindən iki fraqment:

Çəkilmədim otaqların küncünə,
Düzlər keçən, dağlar aşan şairəm…

Bircə xahişim var, pələngi sirkdən,
Hüseyni iclasdan azad eyləyin…

Ədəbi fəaliyyətə müharibə illərində başlamış şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası Opera və Balet Teatrında (1956), eyniadlı poemasının motivlərilə işlədiyi “Yolda” pyesi Gənc Tamaşaçılar Teatrında (1974) müəllifə uğurlar gətirmiş, 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülmüş, sözlərinə saysız mahnılar bəstələnmiş, əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Hüseyn şeirə çox kiçik yaşlarından vurulub. Bu uşağın xətrini hədsiz dərəcə əzizləyən qonşu qarılardan biri, bir gün ağlaya-ağlaya onlara gəlib həyəcanla bildirir ki, bəs, “ay Qəndab, Camalın evi yıxılıb…” Hüseynin anası qorxa-qorxa “uşaqlara noolub ki” sualına belə cavab eşidir: “İndicə bağın aşağı başında gördüm Söyün danışa-danışa o baş-bu başa gedib-gəler…” Ana: “Ay nənəsi, sənin Söyün balan şeir yazer, e!” deyib şaqqanaq, qarı isə “görem Tanrı vergisini bol versin”-deyə üzünə salavat çəkir. Xəbər kəndə də yayılır, babasına da çatandasa, belə bir sifariş gəlir: “Söyünə deyin bu işə baş qoşmasın, sözün hamısın Dədə Ələsgər deyib qurtarıb…”
Dini və dünyəvi dialektika baxımından, Hüseyn Arifin əsil şair olmasında həmin o qarı alxışının və hər kəsi “inad acığı”na doldurası baba sifarişinin də rolu az olmayıb. Ancaq, deyəsən, bu məsələdə həmin çağlar savad, istedad, dünyagörüş və digər fəhm-fərasət elementlərinə görə birinci sinifdən üçüncü, üçüncüdən yeddinciyə keçirilən bu uşaqda çağlamış bioloji-psixoloji-filoloji qatqarlı “eşq-sevgi-məhəbbət” üçbucağının da dəxli olub. Məncə, bu şair bizə məlum böyüklüyündə yazacağı “Dedim, ay qız, belə olmaz, Dedi, yeri, şeirini yaz!” misralarını elə həmin o “məchul” uşaqlıq dövründə bünövrələyibmiş…
Hisslər, duyğular, hadisələr onu hər ay, hər il və ayrı-ayrı dövrlərin tarix-təqvim vaxtlarından əvvəl böyüdürmüş. On yeddi yaşında başlanan Böyük Vətən müharibəsi, vzvod komandiri kimi Reyxstaqadək döyüş yolu, vətənə – kiçik leytenant rütbəsi, xeyli orden-medal və dünyasını dəyişənədək dizində gəzdirəcəyi qəlpə “qazancı” ilə qayıtma. Və bütün ömrü uzunu Bəhlul Danəndəvi fəhmi, Molla Nəsrəddini hazırcavablığı ilə yaratdığı cəmiyyət diqqət-riqqəti və folklor təbi, poetik qələmilə çəkdiyi –

Təbiət portretləri…

Onun canlı qələm-muzeyindəki portretlərin seyrinə iyirmi kitabından bir neçəsinin adlarına diqqət etməkdən başlayaq: “Məhəbbət nəğmələri”, “Dostluq telləri”, “Yolda”, “Ömür çeşməsi”, “Torpaq eşqi”, “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Ömür gözəlsə”, “Ayrı düşəli”, “Dilqəm”…
Minlərlə gözəl qiyafə-qafiyəli şeirlərindən isə iki-üç misal: “Lilpar olan yerdə dolça nə lazım?”, “Məni belə süzmə, dedi, Ürəyimi üzmə, dedi”, “İsti kabab, isti fətir, Doymaq olmur, yenə gətir”, “Məndən təzə şeir xəbər alan dost, Baharın gəlməsi şeir deyilmi?”…
Deyirlər, Hüseyn Arif, əsasən ilk baxışda vurulduğu obyekt-subyektləri qələmə alırmış. Elə həyat yoldaşını da belə bir “fövrən”liklə seçib; bir gün dayısı oğlugilə gedərkən təsadüfən rastlaşdığı Məleykə xanımı görən kimi vurulub və heç “göz nübarlığı sovumamış” elçi göndərib.
Xatirələrdə “son dərəcə həlim ata”, “vəfalı dost”, “teatral-məzə”, tənqidçilərin təfsirində “yumşaqtəbiətli od-alovlu təbiət şairi” kimi yad edilən, övladlarına, xüsusən, adını özünə təxəllüs etdiyi oğluna – illərlə ailənin “sonbeşik ciyərparəsi”, qəzaya düşməsilə “əbədi yarəsi” olmuş Arifə həsr etdiyi şeirlərində belə milli-xəlqi duyğular ədibi kimi tanınan Hüseyn Arifdə bəşəri humanizm hissləri də güclü idi. Bunun təsdiqi üçün onun neçə-neçə şeirindən nümunələr gətirməkdənsə, böyük qızının xatirələrindən kiçik parçanı təqdim edirəm: “Belə bir həlim atanın beşillik müharibə yolu keçməsi bizə ağlasığmaz görünürdü. Fikirləşirdik ki, qarışqa tapdamaqdan belə ehtiyatlanan bu ürəyiyumşaq adam cəbhədə neyləyirmiş, bu qədər orden-medalı necə alıb? Hərdən soruşsaq da, cavab verməz, susub gülümsəyərdi. Ancaq bir dəfə, söhbət nədən düşdüsə, qayıtdı ki, “…Qələbəyə az qalırdı, gördük bir alman zabiti ağ atın belində bizə tərəf çapır. Çatıb dayandı və çox uca səs, hirs-hikkə dolu bir nida ilə “Hitler kaput!” – dedi. Sonra tapançasını gicgahına dirəyib, çaxmağı çəkdi. Çox yaraşıqlı, gözəl oğlan idi…”
Şairin xanımının xatirələri də maraqlıdır. Şeir-sənətin hərdən bu şairə öz ailəsini belə “unutdurduğunu” “vəsf” edən Məleykə xanımın dediklərindən: “Bu neçə illərdə hərdən qoşalaşıb, guya harasa gedərdik. Amma nə “fayda”? Yolun harasındasa, yenə onun “atüstü yazarlığı” tutar və mən yaddan çıxardım. Görürdüm, Hüseyn yenə elə hey gedir, heç elə bil mən yanında yoxam. Bir də görərdin yerişini tamam yeyinlədib, gözdən itdi. Axır… mən də dayanıb, arxasınca (ya qarasınca) xeyli baxar, baxar, ağlaya-ağlamsına qayıdardım evə. Get-gedə onun bu xasiyyətinə də öyrəşdim…”
“Onun bu xasiyyətinə də” ifadələri böyük bir “silsilə”ni ehtiva edir. Məsələn, qızı orta məktəbi qızıl medalla başa vurur, ana həyəcanla: “Hüseyn, bax, Səhər instituta girməlidi, ha” deyir, ata isə laqeydliklə: “Səhər ordenli bir orta məktəbin (söhbət 190 saylı məktəbdən gedir) “qızıl medal”çısıdır, ali məktəbə də özü qəbul olunacaq” – deyib, “Aşıq Alının məzarı” səfərinə çıxır, həftələr-aylar axtarışıyla tapır və öz vəsaiti hesabına ulu aşığımıza abidə də qoydurur…
“Heç zaman bir kimsənin qarasınca danışmaz, qır-qeybətin nə olduğunu bilməzdi. Arif faciəmizdən sonra, hərdən, öz-özünə danışa-danışa iş otağına girib qapını bağlayar, çıxanda, elə bilərdin, yüz il ağlayıb. Amma özünü elə aparırdı ki, guya heç nə olmayıb. Hə, ailəmizə sevinməyi, gülməyi yadırğadan o faciədən əvvəl də üzləşdiyi problemlərin, haqsızlıqların ağrısını nə anama bildirərdi, nə bizə. O, bütün qayğı-duyğularını yalnız bizim birimiz, bəlkə bundan da artıq hesab etdiyi “poeziya qardaş-bacısı” üstünə yükləyirdi”.
O, bu sayaq hisslərini şeirlərinin birində belə ifadə edib:

Dağ sökülüb, dedilər,
Bel bükülüb, dedilər,
Arif ölüb, dedilər –
Ölümə qurban olum…

Bu heyrətamiz “qurban”lıq vədi yerinə yetirilsə də, sonucluq hissinin bu mərtəbədə ifadəsinə binaən, bu şairin heç zaman ölməyəcəyi zənnindəyəm…

Tahir Abbaslı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930