Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Aprel döyüşləri – Qordi düyününü kəsən qılınc

2-5 apreldə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən qızğın döyüşlərdən sonra müxtəlif ekspert dəyərləndirmələri oldu. Baş verənlərin səbəbləri və mümkün nəticələri ilə bağlı müxtəlif ehtimallar səsləndi. Amma baş verənlərin ən ciddi nəticəsi Azərbaycanın Qarabağa gedən yolunun sözün hər mənasında qısalması oldu.

Əvvəlcə kimisə “baş tutmayan “Blitzkrieg”, bir başqasının “Qisas əməliyyatı” adlandırdığı 4 günlük döyüşlər və bu döyüşlərə müxtəlif istiqamətlərdən gələn reaksiyalar barədə…

Dondurulmuş münaqişə?

Döyüşlər başlamazdan əvvəl ABŞ dövlət katibinin Qarabağ münaqişəsi ilə bağlı  qiymətləndirməsini yada salmaq istəyirəm. Azərbaycan Prezidenti ilə görüşdə Con Kerri “dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin” tezliklə həll olunmasını arzuladığını bildirdi. DONDURULMUŞ.

Bu ifadə baş verənlərdən sonra nəticələr və mümkün perspektivlərlə bağlı müzakirələr aparan rusiyalı ekspertlərin dilindən də səsləndi. Amma bir az fərqli formatda. Onlar münaqişənin uzunmüddətli dondurulmasını istədi. DONDURULMASINI. Əsaslandırma da maraqlı idi. İki xalq sülhə hazır deyil. Xalqların buna hazır olması barədə bir qədər sonra, indi isə əsas səbəbi araşdıraq.

Azərbaycanlılar niyə müharibə istəyir?

Bütün dünya – Amerikadan Avropaya, Rusiyadan Gürcüstana qədər hamı döyüşlərin dayandırılmasını istədi. Sözsüz ki, ermənilər də bunu istəyirdi. Bunu istəməyən yeganə qüvvə Azərbaycan xalqı idi. Hansısa Azərbaycan vətəndaşı mənim bu fikirlərimi bəyənməyə bilər, amma ölkəni tərk etmiş siyasi mühacirlərdən tutmuş, hakimiyyətin ən ciddi tərəfdarlarına qədər hamı bunu istəyirdi – döyüşlərin, müharibənin davam etməsini.

Maraqlı bir sual yarana bilər – Axı niyə?

Cavab çox sadədir.

Amma bu sadə cavabdan əvvəl sadə bir məntiqi diqqətinizə çatdırım. Müharibə Azərbaycan vətəndaşı üçün məqsəd deyil, vasitədir. Doğma torpağa qayıtmaq üçün vasitə. Aparılan sülh danışıqlarına ümidini itirən insanlar üçün yeganə vasitə. Məhz buna görə də son döyüşlər zamanı insanlar bunu alqışlayırdı. Bu, Azərbaycan vətəndaşının qana susadığından deyildi, sadəcə, başqa vasitələrə ümidi qalmadığından idi.

Bəli, sadə Azərbaycan vətəndaşı aparılan əməliyyatı birmənalı dəstəkləyirdi. Bu isə cəbhə xəttinin o tayında ermənilər olduğu üçün deyildi. Sadə Azərbaycan vətəndaşının erməni millətinə münasibətinə bu reallıq prizmasından baxılması düz deyil. Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazisini hansı millətin nümayəndəsi işğal altında saxlasaydı, ona qarşı da belə münasibət olardı.

Baş verən döyüşlər isə Azərbaycan vətəndaşının itirdiyi doğma torpağına qayıtması üçün ən real şans kimi gündəliyə gəlmişdi. Buna görə də hamı bu şansdan məqsədyönlü istifadənin tərəfində idi.

Atəş xəttindən Vyanaya qədər

Aprel döyüşlərinin Qarabağa gedən yolu nə qədər və necə qısaltdığını aydın görmək üçün baş verənlərin xronologiyasında bəzi məqamlara da diqqət yetirmək lazım gəlir.

2-5 apreldə erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini və ordumuzun mövqelərini daim gərginlikdə saxlayan postlardan çıxardılması üçün əməliyyatlar başlayır. Qarşıya qoyulan tələblər yerinə yetirilir.

3 apreldə Azərbaycan Müdafiə Nazirliyinin birtərəfli qaydada atəşi dayandırdığı barədə bəyanat verdi. Lakin qarşı tərəf mövqelərin əldən verilməsi ilə barışmaq istəmədiyindən hücumlarına ara vermir.

5 apreldə isə Moskva situasiyaya müdaxilə edir. Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri atəşkəs razılaşmasını imzalayır. Razılaşmanın Moskvada imzalanması və proseslər göstərdi ki, hadisələrin inkişafına Rusiyanın təsir imkanları kifayət qədərdir.

6-7 apreldə Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başladı. Həmsədrlərin görüşləri əslində, simvolik xarakter daşıyırdı. Proses Rusiya tərəfindən nəzarətə götürülmüşdü. Sadəcə, istər münaqişə tərəflərinin, istərsə də beynəlxalq birliyin problemin sülh yolu ilə həllində maraqlı olduğunu göstərmək üçün bu səfər lazım idi.

Hər zaman gücdən istifadəni pisləyən bəyanatlar verən vasitəçilər gücdən istifadə edərək, başqa dövlətin torpaqlarını işğalda saxlamağın beynəlxalq hüquqa zidd olduğunu yenə də pərdə arxasında saxlamağa çalışdı.

7 apreldə Rusiyanın xarici işlər naziri Azərbaycana gəldi. Lavrovun Bakıya gəlişi əvvəlcədən başqa məqsəd üçün nəzərdə tutulsa da, onun Qarabağ mesajı ilə gəldiyi sirr deyildi. Hətta bu səfər ərəfəsində münaqişənin həlli üçün “Lavrov planı” ifadəsi də gündəmə gəldi.

8 apreldə isə Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfər etdi. Baş nazirin bu səfəri də əvvəlcədən nəzərdə tutulsa da, məqsəd başqa olsa da, Dmitri Medvedev münaqişə ilə bağlı önəmli açıqlamalar verdi və açıq formada bəlli oldu ki, Rusiya baş verənləri ciddi izləyir.

21 apreldə Rusiyanın xarici işlər naziri  Lavrov məxsusi Qarabağ müzakirələri üçün Ermənistana gəldi.

Lavrov bu səfərində təmsil etdiyi ölkənin konkret mövqeyini izhar elədi: “Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 1994 və 1995-ci il tarixli atəşin müddətsiz dayandırılması barədə sazişlərə ciddi riayət olunmasının tərəfdarıdır”.

26-27 apreldə cəbhə xəttində atəşkəs bir daha ciddi şəkildə pozulmağa başladı. Erməni silahlı birləşmələri ağır artilleriya ilə yaşayış məntəqələrimizi atəşə tutdu. Mülki əhali arasında ölənlər, yaralananlar oldu.

Ermənilərin bu cəhdi sözsüz ki, Azərbaycan Ordusu tərəfindən azad edilmiş mövqeləri qaytarmaq cəhdindən başqa bir şey deyildi. Amma alınmadı. Bu cəhd erməni tərəfinin baş verənlərə reaksiyasının təzahür forması idi. Onlar Azərbaycanın uğurlu əməliyyatlarını həzm edə bilmirdilər. Çünki baş verənlərin sonun başlanğıcı olacağını dərk edirdilər.

1 mayda prezident İlham Əliyev cəbhə bölgəsinə ən təhlükəli mövqelərə səfər elədi. Sadə vətəndaşın müharibə əzmi və ali baş komandanın təhlükəli hesab olunacaq yerdə vətəndaşın yanında olması ölkədə yaranmış əhvali-ruhiyyənin göstəricisi idi.

5 mayda İrəvanda “Dağlıq Qarabağ Respublikası”nın tanınması” haqqında qanun layihəsi gündəmə gəldi. Əslində, əvvəldən də bu məsələnin gündəliyə gətirilməsinin oyun olduğu bəlli idi. Təklif müxalifətdən gəlmişdi və qəbul edilmədi. Amma rəsmi İrəvan bunu informasiya savaşında istifadə etdi. Bu, Ermənistanın Azərbaycana təzyiqi kimi təqdim olundu – “Azərbaycan yenidən hücum edərsə, Dağlıq Qarabağı tanıyacağıq”.

Amma istər beynəlxalq birlik, istərsə də Ermənistanda normal siyasi təfəkkürə malik qüvvələr anlayır ki, Dağlıq Qarabağın tanınması Azərbaycanın daha irimiqyaslı hücumuna səbəb ola bilər.  Beləliklə, Ermənistan əslində özünü pat situasiyasına saldı.

Və nəhayət 16 mayda Azərbaycan və Ermənistan prezidentləri Vyanada bir araya gəldi. Bəziləri bu görüşü nəticəsiz hesab etdi. Amma iki ən ciddi nəticə göz qabağındadır. Birinci – atəşkəs pozuntuları nəzərə çarpacaq dərəcədə azaldı. İkinci – prezidentlərin yenidən görüşməsinə qərar verildi.

Sankt-Peterburqa nə ilə gedirik?

Artıq növbəti görüşün yeri, tarixi və vasitəçisi bəllidir. Növbəti görüşdən hansı qərar və nəticələrin hasil olacağını gözləmək lazım gəlir. Amma Azərbaycanın bu görüşə hansı mövqelərlə getdiyini analiz edib, müəyyən nəticələrə gəlmək olar.

Nəticələri saf-çürük etməzdən əvvəl Ermənistanın kifayət qədər tanınmış politoloqlarından birinin dəyərləndirməsini diqqətinizə çatdırmaq istəyirəm.

Aleksandr İsgəndəryan: “Azərbaycan Sankt-Peterburq görüşünə üstün durumda yollanır”.

Sözsüz ki, bu dəyərləndirmənin reallığı əks etdirir. Bu reallığı doğuran səbəbləri nəzərdən keçirərək, bu reallığın yarada biləcəyi nəticələri aydın görmək olar.

Əvvəlcə Azərbaycanda yaranmış situasiyanı nəzərdən keçirək:

  • Azərbaycanın kifayət qədər hərbi potensialı var.
  • Azərbaycanın hərbi əməliyyatlar davam edəcəyi təqdirdə iqtisadi dayanıqlılığı saxlayacaq pulu var.
  • Azərbaycan vətəndaşlarının Qarabağa qayıtmaq üçün hərbi yoldan istifadə edilməsinin tərəfdarıdır.
  • Ən çətin şəraitdə, cəbhə bölgəsində də sakinlər hərbi əməliyyatların həyata keçirilməsinə tərəfdardır.

 Ermənistanda isə situasiya fərqlidir:

  • Hərbi potensial Azərbaycanla müqayisədə zəifdir.
  • Sadə erməni Qarabağda vuruşmaq istəmir.
  • İqtisadi durum müharibənin xərclərini qarşılayacaq halda deyil.
  • Ermənilər müharibə istəmir.
  • Cəbhə bölgəsinə yaxın kəndlərdən qaçan ermənilər geri qayıtmaq istəmir.

Qərbin münaqişəyə yanaşması:

  • Qərbdə müharibə reallığı dərk olunur.
  • Qərb münaqişənin dondurulmasını hərbi əməliyyatlardan daha münasib hesab edir.
  • Qərb münaqişənin həllində Rusiyanın dominantlığını dərk edir və bununla razılaşır.

Rusiyanın Qarabağ münaqişəsində mövqeyi və maraqları:

  • Rusiya Qarabağ münaqişəsinə regiondakı mövqeləri prizmasından yanaşır.
  • Rusiya Azərbaycanla münasibətlərə ciddi önəm verir.
  • Bugünkü beynəlxalq situasiya Rusiyanın Azərbaycanla anlaşmasını diktə edir.
  • Ermənistan Rusiya üçün geopolitik anlamdan lazımlı olsa da, iqtisadi baxımdan çox səmərəsiz bir tərəfdaşdır.

Sözsüz ki, sadalananlar ümumi analizi situasiyanın Ermənistanın xeyrinə olmadığını göstərir və bunun əsas səbəbi 2-5 apreldə baş verən döyüşlərdir.

Bizi Qarabağa yaxınlaşdıran reallıqlar

Aprelin əvvəlində baş verən döyüşlər yuxarıda sadalananları əyani surətdə göstərdi. Eyni zamanda, aprel döyüşləri aşağıdakı nəticələri ortaya qoydu:

  • Münaqişə dondurulmayıb və bu Qərb üçün arzuolunan reallıq deyil.
  • Azərbaycan işğal faktı ilə barışmaq istəmir. Bunun aradan qaldırılması üçün bütün vasitələr məqbul hesab edir. Hakimiyyət və sadə xalq bu məsələdə eyni mövqedədir.
  • Ermənistan hakimiyyəti ilə sadə erməninin düşüncəsi üst-üstə düşmür. Bu da hakim elita daxilində və Sarkisyanı dəstəkləyən beynəlxalq güclərdə tərəddüdlər yaradır.

Əlbəttə, bütün sadalananlar bu gün mövcud olan situasiyanın reallıqlarıdır. Və bu reallıqlar Azərbaycanı Qarabağa bir az da yaxınlaşdırır.

Aprel döyüşlərinə qədər çoxları Qarabağ münaqişəsini “Qordi düyünü”nə bənzədirdi. Və bu düyünün açılmasını mümkünsüz hesab edənlər də vardı. Ancaq aprel döyüşləri bu düyünü kəsən İsgəndər qılıncı oldu. Beləliklə, Azərbaycan öz qılıncını – iradəsini bütün dünyaya göstərdi. (hafta.az)

Asəf Quliyev

«Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi» mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930