Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Moskvadan Kəlbəcərə turist turları-XİN hələ araşdırır…

İşğal altındakı rayonlarımız elan və reklamlarda Ermənistanın tarixi torpaqları kimi təqdim olunur; hərbi ekspertlər isə belə səfərləri önləməyin ən asan yolunu göstərirlər

Moskvadan Kəlbəcərə turist turları təşkil edilir. Bu barədə moderator.az saytının yaydığı, fakta əsaslanan xəbərdə deyilir. Bildirilir ki, Rusiyadakı bir sıra turizm şirkətləri işğal altındakı Azərbaycan torpaqlarına turizm turları təşkil edir və bu azmış kimi, öz təqdimatlarında, elanlarında həmin bölgələri Ermənistan əraziləri kimi göstərirlər. 
Fakt kimi isə Rusiya paytaxtının mərkəzində, “Belaruskaya” metro stansiyasının yaxınlığında 1-ci Yamskoye Pole küçəsi, ev 10 ünvanında  yerləşən “Svejiy veter”(“Sərin külək”) səyahətçilər klubunun reklam elanları göstərilir. 2010-cu ildə yaradılan, əvvəlcə yalnız ölkə daxilindəki görməli yerlərə səyahətlər təşkil edən qurum artıq bir neçə ildir ki, vətəndaşları digər qonşu ölkələr, o cümlədən Ermənistana da turlara cəlb edir və bu səyahət klubu üçün Ermənistan deyəndə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ, Şuşa, Laçın, Kəlbəcər kimi əsrarəngiz təbiəti olan Azərbaycan bölgələrini də nəzərdə tutur.
Bu il iyulun 11-dən 15-dək  təşkil edilən Sevan gölünün də daxil olduğu  5 günlük səyahət turunda “Karvaçar” adlandırılan Kəlbəcər torpaqları belə təqdim edilir: “Naməlum Karvaçar. Dağlıq Qarabağın (Ermənistan) ən yüksək dağlıq rayonuna səyahət. Dağlıq Qarabağın ən yüksək dağlıq rayonuna səyahət. Burada  biz coşqun çayların və  qeyzerlərin  arasındakı sərt dərələrdə, 2000 metrdən çox  hündürlüyü olan zirvələrdə  bir neçə gün keçirəcəyik. Karvaçar torpaqları  hətta ermənilərin özü tərəfindən də az tədqiq olunub. Yaxşı ov, qaynar bulaqlardan axan müalicəvi su və Qarabağda ən yaxşı dağ balı – bu bölgə barədə ən geniş yayılmış assosiasiyalar bunlardır…”
“Svejiy veter” klubunun Azərbaycana qarşı daha bir qanunsuzluğu “Kəlbəcər Qarabağ qoşunları tərəfindən azad edilib” yazmasıdır: “Bu diyarın Qarabağ qoşunları tərəfindən azad edilməsi və onun tarixi Ermənistan sərhədlərinə daxil edilməsindən sonra azərbaycanlılar bu torpaqları tərk etmişlər…”  
Bundan sonra  turistlərin səyahət zamanı görəcəyi yerlər sadalanır. Öncə 1900 m hündürlükdə yerləşən, şəffaf və təmiz sulu Göycə (“Sevan”) gölü, onun çimərlikləri  təsvir edilir. Sonra  Kəlbəcərin görməli yerləri sadalanır, Tərtər çayı boyu “Qarabağ və Ermənistanın  ən gözəl yerlərindən biri” olaraq təqdim edilir.  Sonda səyahətin planı göstərilir. 7 nəfərlik qrupda gəzintinin qiyməti bir nəfər üçün 12 min rubldur. Moskvadan İrəvana və əksinə təyyarə ilə uçuş buraya daxil deyil. Səyahətçinin öz hesabınadır.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə, həmçinin Kəlbəcərə bu cür qanunsuz turist səyahətləri təşkil edilməsi və ərazilərimizin Ermənistan ərazisi kimi təqdim edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hansı addımlar atacağı, məsələnin Rusiya hökuməti qarşısında qaldırılıb qaldırılmayacağı ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq.
 
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək: “Azərbaycanın işğal olunmuş ərazilərinə bu kimi qanunsuz turist səfərlərinin həyata keçirilməsi ilə bağlı məsələ Ümumdünya Turist Təşkilatının İcraiyyə Şurasının iclasında da Azərbaycan tərəfindən qaldırılıb. İcraiyyə Şurasının  da tövsiyəsi vardır ki, işğal olunmuş ərazilərə və yaxud münaqişə zonalarına turist səfərlərinin təşkil olunmasından turist turları təşkil edənlər çəkinməlidirlər”.
Bir sıra ekspertlər isə hesab edir ki, həmin turist səfərlərinin təşkili Rusiya dövləti tərəfindən həyata keçirilməsə də təşkilatçılar Rusiyanın fiziki və hüquqi şəxsləri olduğu üçün Azərbaycan rəsmi şəkildə Rusiya hökumətinə narahatlığını, etirazını bildirməlidir. Rusiya hökumətindən tələb edilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turist səfərləri təşkil eləyən və həmin əraziləri də “Dağlıq Qarabağ Respublikasının ərazisi” kimi təqdim edən fiziki və hüquqi şəxslərin bu qanunsuz hərəkətinin qarşısı alınsın.
Hərbi ekspertlər isə bu cür səfərlərin qarşısını almağın ən asan yolunun olduğunu bildirirlər: “Azərbaycan ordusu qanunsuz turist səfərləri təşkil edilən işğal altındakı Kəlbəcərə və digər bu kimi rayonlarımıza raket zərbələri endirsə, bundan sonra heç kim qorxusundan o rayonlara gəlməz”. (musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930