İran XİN-in rəhbəri:“Bu günkü dünyada udan və uduzan tərəf olmur”
“Bu gün dünyada heç bir müzakirənin udan və uduzan tərəfi olmur. Hərbi yollar isə heç bir problemi həll edə bilməz, böhranları siyasi yollarla həll etmək lazımdır”.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın XİN başçısı Məhəmməd Cavad Zərif Osloda keçirilən forum çərçivəsində norveçli həmkarı, eləcə də Avropa Birliyi xarici siyasət koordinatoru ilə görüşü zamanı deyib.
Zərif İranın nüvə müzakirələrinə toxunaraq bildirib ki, keçmişdə qərb dövlətləri İranın nüvə proqramına qarşı əsassız ittihamlarla sərt sanksiya yolunu qarşıya məqsəd qoymuşdular.
AB-nin xarici siyasət koordinatoru Federika Moqerini isə vurğulayıb ki, dünyada sülhün bərqərar olması üçün dialoq lazımdır. Bununla da hamı öz mənafeini sülhdə görəcək.
Moqerini həmçinin Suriya böhranının həlli üzrə müzakirələrə işarə edərək bu müzakirələrin Suriyada təsirli olan bütün tərəfləri əhatə etməli olduğunu və hamının bu ölkədə sülhün bərqərar olması üçün çalışmalı olduğunu deyib. .
“Oslo Forum 2016” silahlı toqquşmalara son qoyulması uğrunda vasitəçilik məqsədi ilə İran və Norveçin XİN başçıları və AB-nin xarici siyasət koordinatorunun iştirakı ilə Osloda öz işinə başlayıb.