Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan Rusiyanın quberniyasına çevrilib

Rusiya ilə birgə hava hücumundan müdafiə sistemi haqda sənəd Ermənistan parlamentinin növbədənkənar sessiyasının gündəliyinə salınmayıb. 

Hakim Respublikaçılar Partiyası sənədin nə vaxt müzakirəyə çıxarılacağını açıqlamır.

Sözügedən ikitərəfli müqavilənin artıq yaxın həftələrdə Rusiyanın Dövlət Dumasında səsverməyə çıxarılacağı gözlənilir.

Hakim partiyanın parlament fraksiyasının rəhbəriVaqram Baqdasaryan bunda qeyri-adi bir şey görmür. O deyir ki, Ermənistan sənədi lazım bildiyi zaman ratifikasiya edəcək.

Parlamentin müxalifətdən olan deputatı Zarui Postanciyansa əmindir ki, müqavilə o zaman parlamentin gündəliyinə çıxarılacaq ki, hakim partiya Rusiyadan əmr almış olsun. “Aydındır ki, Rusiyanın bu məsələdə istəyi tam deyil, elə ona görə də tələskənlik nümayiş olunmur,” deyə o bildirib.

Digər müxalifət deputatı Xaçatur Kokobelyans isə ümid edir ki, Ermənistan bu sənədi ratifikasiya etməyəcək. Onun sözlərinə görə, hətta hakim dairələrdə belə bu sazişin təhlükəli olduğu barədə danışılır.

Elə bu gün onlarla vətəndaş parlament binasının qarşısında Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair sazişə qarşı etiraz aksiyası keçiriblər. Əllərində üzərində “Nə havamızı, nə də torpağımızı verəcəyik”, “növbəti xəyanətkar addım” sözləri yazılmış şüarlartutaraq deputatlardan sazişi təsdiq etməməyi tələb ediblər.

“Saziş “Birləşmiş sistemin yaradılmasına dair” adlansa da, əslində Ermənistan ərazisi ayrıca region kimi Rusiyanın Cənubi Qafqaz hərbi dairəsinin səlahiyyət zonasına daxil edilib. Yəni bu sazişlə biz başqa bir dövlətin silahlı qüvvələrinin tabeçiliyində fəaliyyət göstərən alt komponentə çevrilmiş oluruq. Bu bizim silahlı qüvvələrmizin idarə edilməsinə və bizim suverenliyimizə birbaşa təhdiddir,” – müxalif “Yeni Ermənistan” hərəkatının üzvü Varucan Avetisyan deyib. Avetisyan əvvəllər bir neçə il ölkənin Müdafiə Nazirliyinə işləyib və hava hücumundan müdafiənin xüsusiyyətlərinə bələddir.

Müxalifətçi əmindir ki, Moskvadan asılılıq o qədər böyükdür ki, əməkdaşlıqdan söhbət belə gedə bilməz. “Ermənistanın siyasi rəhbərliyi sadəcə olaraq, marionetkadır və hər hansı bir müstəqil addım atmağa qətiyyən cürət etməz. Hətta bu həyati milli təhlükəsizlik maraqlarına toxunsa belə,” deyə o qeyd edib.

Kinorejissor Tiqran Xzmalyan hesab edir ki, suverenlikdən danışmaq belə artıqdır. O qeyd edib ki, Ermənistan Rusiyanın “quberniyasına” çevrilib. “Bizə ən bahalı qazı, ən bahalı elektriki, ən bahalı kreditləri və müharibəni verdilər. Biz güzəştə gedilə biləcək hər şeyi güzəştə getmişik. Bu, simvolik son damlalardan biridir. Bu o deməkdir ki, biz təkcə evimizi, əmlakımızı, uşaqlarımızın gələcəyini güzəştə getmirik, həm də sakitcə onların necə əldən getdiyinə tamaşa edirik,” o deyib.

“Milli Müqəddərat Birliyi”nin lideri Paruyr Ayrikyan da narazıdır. O deyir ki, heç olmasa aprel hadisələrindən sonra nəticə çıxarmaq lazım idi ki, Rusiya etibarlı müttəfiq deyil. “Əgər sən bundan sonra da Rusiya ilə münasibətləri saxlayırsansa, üstəlik onun xoş niyyətinə inanmaqda davam edirsənsə deməli sənin başına gələnlər elə sənin öz problemlərindir. …Sən öz səfehliyinin nəticələrindən “bəhrələnməlisən””, deyə Hayrikyan bildirib.

Etirazçılar məsələnin iclasın gündəliyinə salınmadığını öyrənəndən sonra dağılışıblar.

Bu ayın əvvəlində parlamentin xarici əlaqələr üzrə daimi komissiyası Rusiya ilə birgə HHM sisteminin yaradılması barədə müqaviləni müzakirə edərək ona müsbət rəy verib və onu ratifikasiya üçün parlamentin müzakirəsinə göndərib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930