Ermənistan əhalisinin 15 faizi çörək və kartofla qidalanır
Ermənistanda əhalinin 15 faizinin menyusunu əsasən çörək və kartof təşkil edir. Bu qənaətə beynəlxalq Oksfam təşkilatının Ermənistan və Gürcüstanda araşdırma paran müəllifləri gəliblər.
Oksfamın Ermənistandakı ofisinin direktoru Marqarita Akopyan qeyd dedib ki, araşdırma nəticəsində balıq və ətin qiyməti yüksək olduğu üçün əhalinin 33 faizi bu məhsulları almaq imkanında deyil. Qəribədir ki, göyərti və tərəvəzlə də bağlı vəziyyət ürəkaçan deyil. Ermənistanda yaşayan əhalinin 66,4 faixzin bu məhsullara çıxışı yoxdur. Qışda isə kəndlərdə, yüksək dağlıq ərazilərdə və sərhədyanı bölgələrdə yaşayan əhalinin göyərti və tərəvəzə çıxışı olmur.
Marqarita Akopyanın sözlərinə görə, Ermənistanda iki əsas problemi qeyd etmək lazımdır: birincisi, bəzi məhsullar kifayət qədər bahadır və çoxları onları ala bilmir.
İkincisi, adamların çoxu hansı qidanın sağlamlıq üçün daha gərəkli olduğu haqda informasiyaya malik deyil.