Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“QHT-lərin 2 il müddətinədək müsabiqələrdə iştirakı məhdudlaşdırıla bilər” – Şuradan açıqlama

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il üçün III qrant müsabiqəsi elan edib.

Həm II müsabiqənin nəticələri, həm də III müsabiqədə QHT-ləri gözləyən yenliklərlə bağlı Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib ki, Şura fəaliyyətə başladığı 2008-ci ildən etibarən, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq ildə azı iki dəfə ölkə QHT-ləri üçün qrant müsabiqəsi elan edir:

“Müsabiqə prosesində əvvəldən sonadək aşkarlıq və şəffaflıq prinsipləri təmin olunur. Artıq neçə illərdir ki, QHT layihələrinin qəbulu elektron qaydada aparılır. Eyni zamanda qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan QHT-lərə Şuranın Apellyasiya Komissiyasına müraciət etmək hüququ da verilir. Qrant müsabiqələrinin təşkili prosesi ilə bağlı indiyədək aparılan və hazırda da davam etdirilən təkmilləşdirmələr QHT-lərə yalnız daha yüksək səviyyədə xidmət göstərilməsinə, şəffaflığın tamlıqla təmin olunmasına və onların maarifləndirilməsinə xidmət edir. Hər il Şura paytaxt və regionlarda layihələrin hazırlanması, idarə olunması, təsviri və maliyyə hesabatlarının hazırlanması və digər mövzularda onlarla seminar, təlim, məlumatlandırma sessiyası təşkil edir. Məhz bunun nəticəsində artıq QHT-lərin Şuraya təqdim etdiyi layihə təklifləri cəmiyyətimizin maraqları baxımından daha aktual və cəzbedicidir. QHT-lər etiraf edək ki, layihələrin icra prosesində də öncəki illərdən daha artıq dərəcədə peşəkar davranış nümayiş etdirirlər”.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, bütün bunlara baxmayaraq təəssüflər olsun ki, III sektorda hələ də QHT-yə, ictimai fəaliyyətə dırnaqarası baxan, vətəndaş cəmiyyətinin missiyasını dərk etməyən təsadüfi təşkilat rəhbərləri də var:

“Şuranın həyata keçirdiyi bütün fəaliyyətlər QHT-lərin donorlarla əməkdaşlıq imkanlarının artırılmasına, peşəkarlıq dərəcələrinin inkişaf etdirilməsinə, ümumilikdə QHT sektorunun cəmiyyətin lokomotivinə çevrilərək istər milli maraqlarımızın qorunması, istərsədə vətəndaşların müxtəlif xarakterli problemlərinin həllində fəal şəkildə iştirak etmələrinə hərtərəfli dəstək verilməsini hədəfləyir”.

2016-cı ilin III qrant müsabiqəsi haqqında danışan E.Behbud qeyd edib ki, bu müsabiqə əsasən mövzularına görə bir qədər fərqlənir: “QHT-lər sosial – iqtisadi inkişafa dair təşəbbüslər; regional təhlükəsizlik məsələlərinə dair təşəbbüslər; QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər; soyqırım, terrorizm və dini radikalizm təzahürlərinə qarşı təşəbbüslər; hüquq mədəniyyətinin inkişafına dair təşəbbüslər və s. kimi ictimai aktuallıq kəsb edən, maraqlı mövzularla müsabiqəyə layihə təqdim edə bilərlər”.

Bəs, əvvəlki müsabiqələrdən kənarda qalan QHT-lər necə, III müsabiqədə iştirak edə bilərlərmi?

E.Behbud bildirir ki, Şuranın Əsasnaməsinə uyğun olaraq maliyələşdirilən layihənin icrası zamanı kobud səhflərə yol verən, müqavilə öhdəliklərinə əməl etməyən, qrant vəsaitini təyinatı üzrə xərcləməyən QHT-lərə qarşı sanksiya tətbiq edilə bilər:

“Şura Əsasnaməsinin ona verdiyi səlahiyyətdən irəli gələrək bu cür QHT-lərin 2 il müddətədək qrant müsabiqələrində iştirak etmək hüququnu məhdudlaşdıra bilər. Belə QHT-lər istisna olmaqla Şuranın cari ildəki iki qrant müsabiqəsində layihəsi maliyyələşdirilməyən bütün ölkə QHT-ləri hazırda davam edən III müsabiqəyə müvafiq mövzular üzrə layihə təqdim edə bilər. Şura yeni müsabiqə elan etməklə QHT-ləri daha səmərəli ideyalarla çıxış etməyə və təqdim etdikləri layihələrin keyfiyyətini yüksəltməyə sövq edir. Çünki bir öncəki müsabiqədə layihəsi keçid balı toplaya bilməyən QHT növbəti müsabiqəyə daha ciddi şəkildə hazırlaşmalı olur. Bu baxımdan QHT-lərdən yüksək keyfiyyət əmsalına malik layihələr gözləyirik. Düşünürəm ki, QHT-lər onlara yaradılmış imkanlardan səmərəli şəkildə istifadə etmək üçün zəruri potensiala sahibdirlər”. 

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930