Ermənilər Xaçınçaya mərmilər buraxdılar-VİDEO
Uzun fasilədən sonra Xaçın çayının işğal altında olmayan ərazilərimizdən keçən hissəsinə su gəlib.
EL TV (Region TV) xəbər verir ki, Bərdə rayonunun Bəciravan kənd sakini Məmmədtağı Əhmədov bildirir ki, hazırda çayda bolsululuq müşahidə edilir. Kənd sakinləri çaydakı mövcud vəziyyəti işğal altındakı ərazilərə yağan güclü yağıntılarla əlaqələndirirlər.
“Vallah, 20 yaşıma kimi hələ mən görməmişəm Xaçın çayından belə su gəldiyini. Yəni, atamdan, anamdan eşitdiyimə görə, vaxtı ikən gəlib. Gecə saat 12 radələrindən Xaçın çaya su gəlir”, – deyə Bərdə rayonunun Bəciravan kənd sakini Məmmədtağı Əhmədov vurğulayıb.
Yerli sakinlər bildirirlər ki, əvvəllər bu çayın suyundan əkin sahələrinin becərilməsində istifadə olunub. “Bəli, əvvəl istifadə olunurdu, təsərrüfatda istifadə olunurdu, sahələri sulayırdıq”, – deyə Bərdə rayonunun Bəciravan kənd sakini Məmməd Xanlarov bildirib.
Ağdam və Bərdə rayonlarının Xaçınçayın sahilinə yaxın ərazilərindəki kəndlərin sakinləri deyirlər ki, indi təhlükə yaradan əsas məqam ermənilərin çay vasitəsilə mərmilər axıtmasıdır. Hətta dünəndən çayda partlayış səsləri də eşidilir.(milli.az)
Videonu izləmək üçün şəklə klikləyin: