Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü Sankt Peterburqda olacaq
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü iyunun 26-da Sankt Peterburqda olacaq.
Bu haqda Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüşdə Vyanada əldə edilən razılaşmanın həyata keçməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir. (“Report”)