Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Onların pis niyyətlərinə mane ola bildik”

Rəşad Məmmədov: “Biz tarixi həm yaratmalı, həm də yazmalıyıq”
Azərbaycan diplomatı Rəşad Məmmədovun xüsusi təqdimata ehtiyacı yoxdur. Onun  Azərbaycan və Qazaxıstan arasındakı apardığı uğurlu diplomatik siyasətin nəticələri hər iki ölkədə hiss olunmaqdadır. Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Eynəddin oğlu Məmmədovn 43 yaşı var. İxtisası hüquqşünasdır. 1992-ci ildə könüllü olaraq Vətən savaşına qatılıb. Ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi dərindən bilir. Atası Eynəddin Məmmədov Gəncədəki Kənd Təsərrüfatı Universitetinin professorudur, bir neçə kitab müəllifidir. Özü ailəlidir. Üç övladı var. Azərbaycan, ingilis, rus, qazax, dillərində mükəmməl danışır.

“Azərbaycanla Qazaxıstanın tarixi bağlılığın yaşı əslində min illərdir. Bizi kökümüz, qanımız, genetik yaddaşımız , adət-ənənlərimiz, türkçülüyümüz bağlayır” – bu fikirləri Rəşad Məmmədov  söhbətimizin lap əvvəlində söylədi.

2008-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Qərbi Qazaxıstanın Aktau şəhərində ikinci diplomatik nümayəndəliyini təsis etdi. Aktauda – dəniz limanının dünyaya çıxış imkanı olan şəhərdə – diplomatik korpusun açılması həm Qazaxıstan tərəfin, həm də bu dövlətlə  təməlli diplomatik əlaqələri olan  Azərbaycan tərəfin də  maraqlarına da uyğun gəlirdi. Elə həmin ilin sentyabr ayında Azərbaycan Respublikasının  prezidenti İlham Əliyevin  sərəncamı ilə Qazaxıstanın Qərb bölgəsinin Aktau şəhərində ikinci diplomatik nümayəndəliyimiz yaradıldı. Həmin ildən Rəşad Məmmədov gənc diplomat kimi Aktauda baş konsul kimi fəaliyyətə başladı. Bunla da  Azərbaycan-Qazaxıstan arasında yeni  dövr başlandı.  Və 2015-ci il dekabrın 23-də isə R.Məmmədov Azərbaycan Respublikasının Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olundu.  Azərbaycan və Qazaxıstan arasında  “yeni dövrün” nədən ibarət olduğunu isə, Rəşad Məmmədovun cavablarından biləcəksiniz.

Cavabları diqqətinizə çatdırmazdan əvvəl Mangistau vilayətinə  kiçik bir ekskurs edək.

Hələ bizim eradan  1000 il əvvəl Manqistau yarımadasından  Böyük İpək yolu keçirdi.  Yazılı mənbələrdə Manqistauya  “Manqışlak” da deyirlər. Qədim Turan dövlətinin  dəvə karvanlarının izləri var bu səhra və dənizlər diyarında.  Ərazilər Xivəni Avropa və Yaxın Şərq ilə birləşdirib.  Arxeoloji tapıntılardan da aydın olur ki, burada hər zaman köçəri və  oturaq tayfalar yaşayıb.
IX əsr ərəb coğrafiyaşünası Əl İstəhari  yazırdı: “Mən o yerlərdə Siyah Kuhdan başqa gözəl bir məkan görmədim. Siyah Kuhda (Qara dağ deməkdir.) türk  tayfaları yaşayır, bu türk tayfaları da  quz tayfaları ilə müharibə etdiklərindən gəlib Siyah Kuh dağının ətrafına sığınıblar.
Həqiqətən də Manqışlakda böyük qara bir dağ var. Manqışlak həm də  Səlcuq sultanı Alp-Arslanın adı ilə bağlıdır. O zamankı qıpçaklar Alp Arslana tabe idilər. Alp Arslan da 1065-ci ildə  burada tikdiyi müdafiə qalasının adını Manqışlak qoymuşdu.  İllər qərinələrə, qərinələr əsrlərə çevrildi. Dünyanın düzəni dəyişdi. Və  Xəzər ətrafında yaşayan qədim xalqların bu günümüzə qədər gəlib çıxan insanları həmin torpaqlardan, ərazilərdən yox olmadı. Kökləri dərin olduğundan yeni formasiyada yaşamaq şansı qazandı.

Tarixin hər dönəmində iqtisadi və geosiyasi region sayılan  Manqistau vilayəti 1950-ci illərdə Sovet dönəmində də əhəmiyyətini itirmədi.  Geoloqlar burada nadir yeraltı sərvətlərin olmasının fərqinə vardılar.  Üzdən saralmış və qumlu səhra təsiri bağışlayan bu bərəkətli diyarda, yerin altında neft, qaz və uran tapdılar.  Qazaxıstana  insanların miqrasiyası, gəlib-getməsi, heç kəsdə təccüb doğurmadı. Kimlərəsə vətən,  kimlərəsə çörək yeri, iş  və qazanc mənbəyi oldu.

-Rəşad müəllim, Aktau bir dəniz şəhəridir. Bu şəhərin Azərbaycanla, azərbaycanlılarla nə qədər bağlılığı var?

–  Tarixdən də məlum olduğu kimi, əsrlər ötəndən sonra, Manqistau vilayətini 1950-ci illərdə SSRİ məkanında sənaye şəhərinə çevirmək qərara alındı. Qazaxıstanın Qərb vilayətinin Aktau, Atırau  və Janaozen şəhərləri xüsusi əhəmiyyət kəsb eməyə başladı. Nəzərə alanda ki, Qazaxıstanın ərazisi bizim Azərbaycandan dəfələrlə böyükdür və bir vilayəti 2-3 Azərbaycan boydadır, üstəgəl ölkənin bir vilayətindən digər vilayətinə getmək üçün  bəzən 5000 kilometr yol qət etməlisən, bu böyük yol ayrıclarında və birləşmələrində zaman və iqtisadi itkilər az olsun deyə, Azərbaycan  Aktau, Janaozen və Atrau şəhərləri üçün ən yaxın təchizat və idarəçilik mərkəzi seçildi. Həmin illərdən başlayaraq, Qərb vilayətində neft çıxarılmaı  sahəsində  təchizat birbaşa Azərbaycandan təmin olunmağa başladı. Və Qazxıstanın Neft Şirkəti də Azərbaycanın tabeçiliyinə keçdi. Buranın şəhərsalma, neftçıxarma, dəmiryolu nəqliyyatında daşınmalarında  çalışmaq üçün Azərbaycandan da xeyli işçi qüvvəsi cəlb olundu. Bakıdan 300 kilometr məsafədə yerləşən Aktauya  işləməyə gələn insanlardan kimisi taleyini bu yerlərə bağlayıb, kimlərsə də qazanc və pul dalınca gəldiyindən, sonradan bu yerləri tərk etdilər. Ancaq bir çoxları şəhərin və vilayətin tarixinə öz adlarını qızıl hərflərlə yazıblar. Janaozen şəhərində azərbaycanlılar ilk  açıq karyer tipli yataqlardan uran çıxarılmasında iştirak ediblər.  Bundan başqa sürətli neytronlarda atom reaktoru zavodunun tikintisində də azərbaycanlıların əməyi çox olub. Bu yeniliklə də  şəhərə şirin suyun verilməsinə, yeni  enerji ocaqlarının yaranmasına müvəffəq oldular.  Azərbaycanlılar  Manqiştau vilayətində Kaşaqan yatağının quruda və dənizdə olan hissələrini  aşkar ediblər, azərbaycanlılar ilk quyuları qazıblar, şəhərsalmada iştirak ediblər, dəmir yolunun çəkilməsində xidmətləri olub.

Beləcə, qardaş Qazaxıstanın təkcə   iqtisadiyyat və inkişafında deyil, hər sahəsində azərbaycanlıların imzasını görmək olar. Lakin bunları indiyə qədər arayan, axtaran, üzə çıxaran olmamışdı. Aktauda Baş konsulluğumuz yarandığı ilk gündən Qərb vilayətində yaşayan soydaşlarımızın üzləşdikləri problemlər, həyat tərzi, diaspora quruculuğu yönmündə fəaliyyəti ilə maraqlanmağa başladıq.

Bu gün Aktauda, Atırauda əsas tikinti sektorlarında azərbaycanlı iş adamları öz vəsaitləri ilə mühüm və vacib iqtisadi layihələrini tətbiq etdilər. Azərbaycan və Qazaxıstan Dəniz limanları arasında ilk layihənin həyata keçirilməsində iştirak etdik. Layihə “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir.Sentyabrda ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.

– Azərbaycan həqiqətlərinin yayılması yönümündə də bir çox işlər görmüsünüz. Bəlkə bu haqda da danışasınız?

 – Türklər tarixi yaradıb, ancaq yazmayıb. Bizim torpaqlarımızı işğal edən düşmən ermənilər tarix yaratmayıb, ancaq tarixə sahib çıxıb, ağlına gələni yazıblar. İndi isə  biz  tarixi həm yaratmalı, həm də yazmalıyıq.  Bu tarixi həqiqətlərin təhrif olunmaması üçün Manqistau vilayətinin iki böyük şəhərin universitetlərində  Azərbaycan Tarixi və Mədəni İrsinin  Öyrənilməsi Mərkəzləri yaratmışıq.  Bu mərkəzlərdə tariximiz, ədəbiyyatımız öz əksini tapıb. Dövlətimizin və qardaş dövlətin  bayramlarını , ağrılı-acılı tarixlərini də təhsil ocağındakı mərkəzlərdə qeyd edirik.  Qonşuluğumuzda yaşayan  mono etnik dövlət olan  erməni düşmənlərimiz bizi qeyri-xalqlara qarşı dözümsüz kimi qələmə vermək istəsələr də, biz onların bu təbliğatını  doğru həqiqətlərimizlə ifşa edirik. Bu gün Azərbaycan multikulturalizmi dünyada bir nümunə kimi öyrənilir, ölkəmizdə min illər boyu yaşayan xalqlar öz dinlərini, dillərini, mədəniyyətlərini  qoruyub saxlayıblar. Biz artıq Qazaxıstan ictimaiyyətinə və burada  yaşayan xalqlara, diplomatik nümayəndəliklərə  İrəvanda başqa  millətin yaşaması üçün  heç bir imkanın olmamsını sübutlarla çatdıra bilmişik.

– Qazaxıstanda 140-a yaxın millət yaşayır.  Bu qədər çoxmillətli bir ölkədə azərbaycanlılar necə görünür?

– Qazaxıstanın başı da ötən  əsrin əvvəllərindən etibarən  çox zülmlər, faciələr çəkib. Sovet rejiminin “xalq düşməni” adlandırdığı, sürgün etdiyi insanlar özlərindən asılı olmayaraq, dövrün qanunlarına və qaydalarına uyğun olaraq, buraya sürgün olunublar.  Ən müxtəlif millətlər burada həm əzab çəkib, həm də yerli qazaxların mərhəməti hesabına yaşaya biliblər. Qazxıstanın milli lideri Nursultan Nazarbayevin  müdrik siyasəti, həyat təcrübəsi  nəticəsində, çoxsaylı millətlər, xalqlar  dinindən və irqindən, millətindən asılı olmayaraq bu böyük ölkənin içərisində sülh və əmin-amanlıq şəraitində yaşayırlar, hamısı öz etnik mənsubiyyətini qoruyub saxlaya-saxlaya Qazaxıstanın vətəndaşı olub, Qazaxıstanın çiçəklənməsi naminə də çalışıblar. İndi onların hamısı bir şanırak altında Qazaxıstan Xalq Assambleyası İnstitutunda birləşiblər.  Bu ölkəyə taleyini bağlayanlar, indi də əməkləri ilə  ölkənin çiçəklənməsinə tövhələrini verirlər. Onlar ölkənin qanunvericilik orqanlarında da təmsil olunurlar. Ölkənin tarixində ilk  dəfə olaraq, bu il  etnik azərbaycanlımız Ədalət Cəbiyev Qazaxıstan Məclis Parlamentinə deputat seçilib.  Ölkənin 5 vilayətində isə Vilayət Məslixatına 5 deputatımız seçilib. Bu isə qazaxların və  Qazaxıstan cəmiyyətinin  azərbaycanlılara olan münasibəti və inamının göstəricisidir. Təməli ümummilli liderimiz Heydər Əliyev və qazaxların milli lideri Nursultan Nazarbayev  tərəfindən qoyulmuş , Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən mükəmməl dostluğun və etibarın bəhrəsidir.

– Bu ilin yazında, 2-5 aprel günlərində  ermənilərin cəbhə xəttində törətdiyi təxribat və onlara Azərbaycan Ordusunun  verdiyi cavab, Qazaxıstan ictimaiyyətində də birmənalı qarşılanmadı. Sözün əsil mənasında qardaş ölkədən ancaq dəstək sədaları gəldi.

– Elədir ki, var.  Həmin günlərdə bütün insanlar, sosial şəbəkələr Qazaxıstanın və Azərbaycanın bayraqlarına büründü. Qazaxıstanın informasya məkanları, mətbuatı  həmin hadisələri çox dəqiqliklə və həyəcanla izlədi. Buradakı rusdilli saytların vasitəsilə bizim haqq savaşımız barədə doğru informasiyalar bu mərkəzdən də dünyaya yayıldı. Bir səfir kimi, bu məni də çox məmnun etdi.

– Onu da bilirik ki, Siz Qazaxıstana fövqəladə və səlahiyyətli səfir təyin olunduiqdan sonra ermənilərin burada keçirmək istədikləri bir neçə tədbirin qarşısını almağa nail olmusunuz.

– Ermənilər tarixən onlara çörək verən, onlara yaşamaq üçün şərait yaradan, onların sözünü deyən ölkələrə qarşı çıxıb, bayraqlarını yandırıblar.  Bu da onların iç üzünü göstərir. Təbii ki, Qazaxıstan cəmiyyətində də ermənilər yaşayırlar. Və zaman-zaman özlərinin yalan uydurmalarına, torpaq iddialarına doğru don geyindirərək, nəyəsə nail olmaq istəyirlər. Həm həmin 2-5 aprel günlərində, həm də, ondan əvvəl və sonra onlar öz yalanlarını yaymaq üçün  burada tədbirlər keçirmək istəyiblər.  Uydurma soyqırımdan danışmaq, Qarabağı özlərinin tarixi torpaqları elan etmək məqsədilə çəkilmiş, Türk dünyasına böhtan dolu filmlər nümayiş etdirmək istəyərkən vaxtında və çevik olaraq xəbər tutmuşuq. Müvafiq təşkilatlarla danışıqlar apararaq dövlət orqanlarına xəbər verdik.  Birgə keçirdiyimiz  qarşılayıcı tədbirlər sayəsində onların pis niyyətlərinin həyata keçirilməsinə mane ola bildik.  Əlimizdəki  tarixi faktlar və sübutlarla yalan danışdıqlarını  əsaslandırdıq.  Qazaxıstanda sülhün və sabitliyin qorunması üçün  ermənilərin yanlış addım atmasına imkan vermərik.  Qazxıstanın millli maraqlarının , sabitliyinin qorunması bizim üçün prioritetdir. Tərəfimizdən olunan hərəkətləri həm qazax ictmaiyyəti , həm də  dövləti anlayır, başa düşür,  atdığımız addımlara dəstək verir .

 – Qazaxıstanın  apardığı türkçülük siyasəti türk dünyasının birləşməsinə töfhə verə bilərmi?

– Qazaxıstan  ərazisi Türkiyə istisna olmaqla,  türkdilli dövlətlər içərisində ən böyük olan dövlətdir. Bu baxımından bütün dünyanın türkləri üçün belə bir dövlətin olması  qürurvericidir. Qazxıstanın çox müdrik, geniş  həyat təcrübəsi , dünyəvi  biliklərə malik olan,  dünyanın reallıqlarını  qəbul edən bir prezidenti  var.  O türk dünyasının, türk dövlətlərinin bir-birinə inteqrasiyası, həm xalqların bir-biri ilə əməkdaşlığının artırılması istiqamətində iqtisadi və mənəvı  cəhətdən yaxınlaşmasında böyük siyasət aparmaqdadır.  Bu baxımdan da, 2010-cu ildə  Beynəlxlaq Türk Akademiyasını burada açdı. Akademiyanın prezidenti  Darxan bəy Kıdırəli çox ağıllı, savadlı, dünyagörüşlü, bir siyasətçi və diplomatdır. Onun keçirdiyi çoxsaylı tədbirlər, elmi-praktik konfranslar, akademik dairələr üçün keçirilən tədbirlər, arxeoloji qazıntılar, buraxılan kitablar  – bunların hamısı  türkdilli ölkələrin, türk dilində danışan insanların bir soy-kökə qayıtmasında böyük rol oynayır. Zaman-zaman Türk dünyasına çağırışlar etməsi də, simpozium və konfranslarda Avrasiya məkanında Türk birliyinin yaranması kimi mühüm bir məsələni önə çəkməsinin özü  Türk dünyasının birləşməsinə verilən mesaj və töfhədir.

– Bəzən Qazaxıstana gələn azərbaycanlılar viza vaxtının az olmasından şikayətlidirlər. Onlar vaxtın uzadılmasını istəyirlər. Çünki iş üçün gələnlər, istər-istəməz hər 1 aydan sonra  yenidən vaxt artırarkən, dediklərinə görə onların problemləri də yaranır.

 – Dünyada qloballaşma gedir. Bu gün ölkələrin infrastrukturları,  xalqalrı, yolları bir-biri ilə birləşdirilir. Ona görə də hər bir ölkədə qəbul edilmiş qanunlar  dövlətin milli qanunvericiliyi ilə, milli maraqları ilə yanaşı, beynəlxalq sazişlər, müqavilələr və götürülmüş öhdəliklərlə tənzimlənir. Bu qanunlar  ziddiyyət təşkil etməməlidir. Unutmaq olmaz ki, dövlətin  imzaladığı saziş və müqavilələrin hüquqi qüvvəsi , həmin dövlətin  milli qanunvericiliyindən daha üstün qüvvəyə malikdir. Bu qaydalar hər bir ölkənin Konstitusiyasında da təsbit olunur.  Azərbaycan Avropa İttifaqının üzvü deyil, üzv olmayan ölkələrlə isə hər hansı bir imtiyazlı sazişin bağlanması çətindir.  Yeni yaradılan Avrasiya İttifaqı daxilində sərhəd mövcud deyil.  Bu ittifaqa daxil olan ölkə vətəndaşları üzv ölkələrin hər birinə istədiyi vaxt gedib, istədiyi qədər qala bilir. Azərbaycanla Qazaxıstan arasında mövcud olan sazişlərə görə, vətəndaşın ölkədə qalması üçün  1 ay müddət müəyyənləşib. Bu da bir turistin gəlib qalması üçün kifayət qədər normal vaxtdır. Axı Qazaxıstanın kifayət qədər liberal qanaunvericiliyi mövcuddur.  Bu qanunlara əsasən   gəlmə vətəndaş burada həm yaşaya, həm işləyə bilər. İnsanlarımız artıq anlamalıdırlar ki, qanunu pozmaqdansa, ona riayət etmək lazımdır. Biz Aktauda Baş konsulluqda işləyərkən  bütün Qazaxıstanda yaşayan azərbaycanlıların, hətta sovetdən qalma qırmızı pasport problemlərini həll etdik. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mobil pasportlaşdırma qrupu gəlib  Aktauda, daha sonra Astanada oturub, yüzlərlə vətəndaşımızın problemini həll etdi. Bu gün də səfirliyimizdə qurulan avadanlıqlar vasitəsilə sənədləşmə məsələləri çox asan və qısa zamanda həll edilir, vətəndaşlara hərtərəfli hüquqi məsləhətlər verilir.

– Ölkələrimiz arasında turzim məsələləri nə yerdədir? Son 15 ildə meqapolisə, ən gözəl şəhərə çevrilmiş Astanadan Azərbaycana səfər etmək istəyənlər varmı? Səfirlik bu istiqamətdə hansli tədbirləri həyata keçirir?

– Azərbaycan turistlər üçün ən maraqlı ölkələrdən biridir. Ölkəmiz postsovet məkanında Günəşli Azərbaycan kimi turistləri cəlb edirdisə, bu gün Odlar Yurdu kimi cəlb edir.
Diplomatik nümayəndəlik olaraq, tədbirlərimizdə həmişə ölkəmizin  maraqlı yerlərini, təbiətini, infrastruktrunu özündə əks etdirən videoroliklər nümyiş etdiririk.  Bundan əlavə, ölkəmizin məhsullarının  və mətbəxinin sərgilərini gələn qonaqlara təqdim edirik. Hər il Azərbaycana maraq göstərib istirahətə gedən qazaxların sayı yüksək templə artmadadır.  Onların artıq Naxçıvandakı Duz dağından, qış kurortlarımızdan, dəniz kurortlarımızdan xəbərləri var. Novruz və Yeni il bayramları öncəsi ölkəmizə səfər edən turistlərin sayı da çoxalıb.  Bundan əlavə Azərbaycandan tranzit ölkə kimi istifadə edən qazaxıstanlı vətəndaşlar mütləq Bakıya və görməli  məkanlarımıza da baş çəkirlər. Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanda keçirilən sərgilərdə iştirak edir. Müalicəvi turzim obyektlərimizin sərgiləri təşkil olunur. İyun ayında isə 10 qrupdan ibarət turizm şirkətinin Bakıya turunu təşkil etdik. Onlar artıq Azərbaycanı öyrənib gəlilər. İndi özləri Qzaxıstandan Azərbaycana  marşrutlar müəyyən edəcəklər. Burada tariflər də nəzərə alınacaq. “Air Astana”  Hava Yollarına da  ölkəmizə uçan turistlər üçün  güzəştli bilet tarifləri barədə təkliflər vermişik.

 – Akatauda baş konsul olarkən, hətta həlli mümkün olmayan layihələrə və yeniliklərə imza atdınız? Paytaxt Astanada Azərbaycan dövlətinin  səlahiyyətli səfiri kimi, Azərbaycan prezidentinin inandığı  nümayəndəsi kimi hansı işləri görəcəksiniz?

– Vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması  diplomatik korpusun əsas vəzifələrindən biridir. Qazaxıstanın Qərb  bölgəsində  konsulluq dairəsinə 4 vilayət daxıl idi.  Son 7 ildə onların hər birində mükəmməl Azərbaycan icması yaradılıb. Daha icmalar  arsında narazılıq yoxdur. Azərbaycanın prezidenti cənab İlham Əliyev deyir ki, “mən bütün azərbaycanlıların prezidentiyəm. Azərbaycan bütün azərbaycanlıların vətənidir”. Bu prinsipləri rəhbər  tutaraq, mən də deyirəm ki, Qazaxıstandakı Azərbaycan səfirliyi bütün azərbaycanlıların evidir, buradakı səfir də hər bir vətəndaşın səfiridir. Qapılarımız hamının üzünə açıqdır. Bu prinsipləri rəhbər tutaraq indi icmalarla  işlərin qurulması ətrafında işləyirik. İnanıram ki, tez bir zamanda Qazaxıstanın hər yerində sözün əsil mənasında bütöv, bir əldə beş barmaq kimi birləşən vahid, güclü bir icma yaradılacaq. Hamının amalı eynidir, sadəcə müxtəlif yanaşmalar var.

Qazaxıstan öz müstəqillyini qazandıqdan sonra, hüquqi bir dövlət kimi özünün miqrasiya qanunlarını və proqramlarını da işləyib hazırladı. Bu proqram çərçivəsində Uralman qazaxları— yəni  hər hansı səbəbdənsə nə vaxtsa Qazaxıstandan nəsilləri və ya özləri köçüb gedən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Çin, Monqolustan, İran və digər ölkələrdə yaşayan etnik qazaxların ölkəyə çağırılması prosesi başlandı.  Bu Uralman qazaxlarin  isə sabiq SSRİ, azərbaycanlılar, neft sənayesi haqqında təbii ki, bilgiləri yox dərəcəsindədir. İndi uralmanlar  artıq Qazaxıstanın tam hüquqlu vətəndaşıdırlar. Bu baxımdan onlara  yaxın tarixi keçmişimizi, ölkənin ictimai siyasi həyatındakı rolumuzu tanıtmaq məqsədi ilə bir çox maraqlı layihələrə imza atdıq.  Görkəmli azərbaycanılar, onların həyat və yaradıcılıqları, iki xalq arasında tarixi köklərimizi əks etdirən 4 kitab çap etdik.  Bu kitablarda azərbaycanlıların Qazaxıstana göstərdikləri tarixi xidmətlər öz əksini tapıb.  Onlar biləndə ki, azərbaycanlıların belə xidməti olub, o zaman bir birinə qarşılıqlı hörmət artır, tolerantlıq  yaranır, münasibət dəyişir.

Səfirlik qarşısında duran ən önəmli məsələlərdən biri də ticari məsələlərdir. Çalışırıq ki, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələri möhkəmləndirək.  Manqistau vilayətində  Azərbaycanlılar  bu ölkənin qeyri neft sektorunda  ən böyük investor sayılırlar. Azərbaycanlı investorların böyük layihələri var. Ölkəmizdə istehsal olunan, yetişən kənd təsərrüfatı məhsullarının, sənaye məhsullarının Qazaxıstan bazarına çıxarılması üçün Aktauda yaranmış loqistik mərkəzin imkanlarını  genişləndirəcəyik. Ölkənin bütün vilayət rəhbərləri, şəhər merləri, nazirliklərin nümayəndələri, hüquq-mühafizə orqanı əməkdaşlarının rəhbərləri ilə görüşlər keçirərək, vərəndaşlarımızın hüquq və mənafelərinin qorunması sahəsində söhbətlər aparmağa başlamışıq. Çünki hər bir vətəndaşımızın problemini həll etmək borcumuzdur. Sentyabr ayında  Azərbaycanın hərbi sənayesinin istehsal etdiyi  eksport yönümlü məhsulların sərgisini keçirəcəyik. Azərbaycanın tranzit potensizalı, Dəmir yolları, limanlarının yük  dolurub-boşaltma imkanlarını müvafiq təşkilatlarla müzakirə edirik.

Qazaxıstanın  KazMedia qurumunda birləşən 17 televiziyası, 4 radiosu ilə sıx əməkdaşlıq yaratmışıq.  Kütləvi informasiya vasitələrində demək olar ki, hər gün Azərbaycan haqqında  maraqlı yazılar, xülasələr dərc edilir.

Bizim Qazaxıstanla  əlaqələrimiz o qədər  gözəl  və mükəmməldir ki, onu ancaq qoruyub saxlamaq lazımdır. Sadəcə çalışmalıyıq ki, necə ki, Türkiyə insanının yanında “Azərbaycan”  deyəndə qarşı tərəf  “Can” sözünü işlətdikləri kimi, qazax insanında da bu sevgini, vədişi yaradaq.

Azərbaycan Respublikasının Qazaxıstandakı Fözvqəladə və Səlahiyyətli səfiri, diplomat Rəşad Məmmədovla  söhbətin sonunda  çatmayan təkcə imzamdır. Sizin,

Aida Eyvazlı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930