“Gələcəyin müharibələri”ni bu ölkələr arasında olacaq: okeanlar üzərində… – PROQNOZ
“Rusiya və Çinin hərbi gücünün dirçəlişi Amerika hərbçiləri qarşısında “gələcəyin müharibələri”nə hazırlıq məsələsini qoyur”.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrinin siyasi müşahidəçisi Xelen Kuper yazıb.
Onun sözlərinə görə, böyük orduların yaradılması və çoxsaylı cəbhənin açılması “gələcəyin müharibələri” üçün tipik olacaq. Məqalənin müəllifi qeyd edir ki, son 15 ildə Amerika hərbçiləri yalnız pis silahlı üsyançılara və ayrı-ayrı terror təşkilatlarına qarşı əməliyyatlar həyata keçirib.
“Ancaq indi Amerika hərbçiləri böyük ordulara qarşı durmağı yenidən öyrənməlidir”, – Kuper hesab edir.
Bu cür “adi hərbi kampaniyalar”ı “keçmişin müharibəsi” adlandıran “The New York Times”in müşahidəçisi bildirir ki, Rusiya və Çinin hərbi gücünə qarşı durmaq lazımdır.
O, Amerika donanmasının nümayəndələrinin fikrini sitat gətirir ki, dənizlər və okeanlar üzərində nəzarətin təmin olunması “gələcəyin müharibələri”ndə əhəmiyyətli olacaq.
Son illər ABŞ “hibrid müharibə”nin aparılmasına görə Rusiyanı dəfələrlə ittiham edib. Amerika hərbi məmurları ölkənin müdafiə büdcəsinin artırmasını və Şərqi Avropada NATO-nun hərbi gücünün möhkəmləndirilməsini tələb edirlər.