Ermənilərin Kəlbəcərdə saldıqları yeni kənd
Azərbaycan ərazilərini işğal edən Ermənistan rəhbərliyi Dağlıq Qarabağla yanaşı, ətraf rayonlarda da əhalinin məskunlaşdırılmasını həyata keçirir.
Ermənistan KİV-i xəbər verir ki, belə kəndlərdən biri Kəlbəcər rayonu ərazisində salınan Nor Qaraçinar (Yeni Qaraçinar) kəndidir.
Kənd tikilməkdə olan Vardenis-Ağdərə yolunun kənarında yerləşir.
Əsasən Goranboy rayonunun Qaraçinar kəndində yaşamış erməni sakinlər tərəfindən salınmış kənddə 44 ailədən 131 sakinin yaşadığı məlumdur.