Türkiyə Xorvatiyaya uduzdu
Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün D qrupunda bir oyun keçirilib.
Parisdə Türkiyə millisi Xorvatiya ilə üz-üzə gəlib. Luka Modriçin yeganə qolu ilə Xorvatiya qələbə qazanıb.
Qeyd edək ki, qrupun digər oyunu İspaniya – Çexiya matçı sabah keçiriləcək.
Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.
12 iyun
D qrupu
17:00. Türkiyə – Xorvatiya – 0:1
Qol: Luka Modriç, 41
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson və Markus Strömberqsson (hamısı İsveç)
Paris. “Park de Prins” stadionu.