Rusiya-İngiltərə 1-1
İyunun 11-də “Avro-2016”nın “B” qrupu çərçivəsində ikinci oyun keçirilib. Çempionatda ilk heç-heçə qeydə alınıb.
Fransanın Marsel şəhərindəki “Velodrom” stadionunda İngiltərə və Rusiya milli komandaları qarşılaşıb. Gərgin keçən matçın 74-cü dəqiqəsində İngiltərə millisinin üzvü Erik Dyer hesabı açıb. Matçın 92-ci dəqiqəsində rusiyalı Vasili Berezutski topu rəqib qapısından keçirərək hesabı bərabərləşdirib – 1:1. Oyun bu hesabla da başa çatıb.
Hazırda “B” qrupunda turnir cədvəlinə 3 xalla Uels millisi başçılıq edir. İngiltərə və Rusiya komandalarının hərəyə bir xalı var.