Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Hərbi xidmətdən möhlət verilmişdi, imtina etdi – Lələ təpə ŞƏHİDİNİN hekayəti…

Vətəni vətən edən oğullarıdır, vətən və torpaq şəhid qanı töküldükcə, daha da müqəddəsləşir, daha da dogma olur.  Azərbaycanın müstəqilliyinin ilk illərində 1991-ci ildən etibarən ona, çox əllər uzandı, azadlığına, hürr olmasına nə qədər qısqandılar. Və başımıza nələr gətirmədilər ki?..  Amma bu qədər mücadilələrin, bu qədər savaşların içərisində yenə Vətən və onu qorumağı bacaranlar ayaq üstə dayandılar.  Vətən olmaq üçün, müstəqil olmaq üçün torpağı qanlarla sulanmış Azərbaycanımız 1992-ci ildən bəri şəhid  oğullarına qucaq açır. Bitmir ki, bitmir, şeytanların əməli olan müharibə… Vüqarı, Orxanı, Mikayılı, Muradı, Ulvinı, Samirı, Vüsalı… alır bizdən.  Böyük güclərin sifarişi və dəstəyi ilə  Vətənimizə təcavüz edib, torpaqlarımızın 20 faizindən çoxunu zəbt edən ermənilər bu qaydasız müharibəni və talanı başlayanda, adını çəkdiyim  o uşaqlar heç dünyaya gəlməmişdilər.  Onlar müharibə başlayandan sonra doğuldular.  Hərdən fikirləşirəm ki, regionun ən uzun sürən müharibəsi  Ermənistan-Azərbaycan münaqişəsidir. Böyük güclər imkan vermir ki, Vüqarlarımız, Orxanlarımız, Sərxanlarımız, Samirlərimiz, Muradlarımız, Ülvilərimiz bu müharibəni bitirsinlər. Düşmən tapdağı altında olan  o Vətən torpaqlarımızı geri alsınlar.

2016-cı ilin 2-5 aprel günlərində, cəmi 2 gecə ərzində 19-23 yaşlı vətən oğulları nəyə qadir olduqlarını sübut etdilər, bir göz qırpımında  düşmən tapdağı altında olan torpağımızın kiçik bir hissəsisni geri qaytardılar. Dünyanı səksəkəyə saldılar müharibə illərində doğulan uşaqlarımız. Vətən bayrağının daim ucalarda dalğalanması üçün, hətta ata-ananın tək övladı, son ümid yeri olduqlarını belə unudaraq, sinələrini düşmən gülləsinə qurban etdilər. Və gedəcəkdilər… O gуcə alacaqdılar  düşmən tapdağında olan ərazilərimizi… Yenə böyük güclər qoymadı ki, öz haqq savaşımızda qalib gələk.

Müharibədə doğulub, müharibəyə gedən oğlan

Vüqar Süleymanov Natiq oğlu da anadan olanda yaralarımız təzə idi. 1993-cü ilin yanvar ayının 20-də Şəkinın Dəhnə kəndində doğulmuşdu . Bəlkə də ailəsi bu tarixdə onun ad gününü də qeyd etmirdi. Çünki həmin gecə Müstəqilliyimizi istəyəndə, imperiya zəncirlərini qollarımızdan qıranda – 1990-cı ilin qanlı yanvar və qəhrəmanlıq dastanı yazılmışdı Azərbaycanın yeni tarixinə.

Güvəndiyi, gələcəyinə inandıqları oğul övladlarının  sıralarda yeri olsun deyə, Zemfira  və Natiq   müvəqqəti olaraq Bakıya köçdülər. Paytaxtda Vüqarı 95 saylı məktəbdə yerləşdirib, oxumağı üçün  gecə-gündüz çalışdılar. “Qa” deyəndə suyunu, “qu” deyəndə  çörəyini verdilər. Məqsədləri Vətənə gərəkli övlad yetişdirmək idi.  Vuqar da xeyirli övlad oldu. Ata-anasının ümidlərini doğrultdu. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr fakultəsinə daxil olub, oranı da müvəffəqiyyətlə bitirdi. Ali təhsil ocağıni bitirəndən sonra isə, kimsəyə demədən, hansı yollasa gedib, adını hərbi xidmətə yazdırdı.

Atası Natıq Süleymanov:

– Vüqar   qəbul imtahanlarından 404 bal topladı.  Slavyan Universitetinə qəbul olundu. Oxudu,  bitirdi. Gözündə problem olduğundan , ona qanunauyğun şəkildə  hərbi xidmətdən möhlət verilmişdi. Bildiyim qədər hərbi xidmətə getməməliydi. Lakin universiteti bitirən kimi, gedib Şəkinin hərbi komissarlığına, əvvəlcə onu əsgər aparmaq istəməyiblər. Şəki Hərbi Komissarlığında ona deyiblər ki, get iki ildən sonra gələrsən. Bir neçə gün gedib-gəlib, sonra kiminsə  vasitəsiylə komissarlıqda adını yenidən əsgərliyə yazdırıb. Gəldi evdə dedi. Onun seçimi idi, nə deyəcəkdim ki, bəhanəsi də bu oldu ki, yaşıdlarından, dostlarından geri qalmasın.  Sonra da onu ən qaynar bölgəyə, Füzuli istiqamətindəki hərbi hissəyə göndəriblər. Martın 31-i zəng vurmuşdu. Hal-əhval tutduq. Heç bir narahatlığımız yox idi. Aprelin 2-də eşidəndə ki, ara qarışıb,  ondan zəng aldığımız nömrələrə nə qədər zəng etsək də, xəbər çıxmadı.

Söhbətinə ara verən ata nəfəsini dərdi… Bir övladın dərdinin ağırlığından beli bükülmüş, özünü nə qədər şax göstərmək istəsə də, mərd duruşla dayansa da, bütün əzalarına çökmüş kədərin içərisində qovrulub-yanmağı gözlərindən görünürdü. O danışdıqca, diqqətimi qəmli gözlərindən çəkə bilmirdim.  Süleymanovların  Dəhnə kəndindəki  həyətlərindən isə İsaq-Musaq quşalarının səsi gəlirdi. Heç fərqinə varmısınızmı, İsaq-Musaq  quşlarının nəğməsinin.  Onlar tək olanda oxumurlar. Mütləq iki quş bir-biri ilə səs-səsə verib oxuyurlar.

Rəvayətə görə, iki qardaş imiş İsa və Musa. Bir gün  varlı və zülmkar mülkədarın mal naxırını otaranda heyvanlardan biri itir. Bu iki qardaş da, mülkədarın cəzasına məruz qalmasınlar deyə, Allaha yalvarırlar ki, quş olub  uçsunlar, yalnız itən malı tapıb gətirəndə, bəni insan olub yerə dönsünlər. Tanrı dualarını eşidir.  O gün bu gün bu quşlar  oxuyur: İsaq: – tapdın? Musaq: – yox.

O quşların səsini dinləsəniz, yəqin ki, eyni ilə o səsin içərisindən  “tapdın” və “yox”u ayıracaqsınız. Mən həmin  saatlarda, bu ailənin kədərini dinlədikcə, İsaq-Musaq quşlarının nəğməsini anlayırdım. Elə bilki, həmin axşam,  İsaq-Musaq quşları Vüqarı axtarırdılar.  Və tapmırdılar… Ona görə  elə hey oxuyurdular.  Hərdən fikirləşirəm ki, deyəsən o zamanlar Tanrı insanları daha tez eşidirdi. İndi Yer üzünə o qdər haqsızlıqlar çöküb ki, duaların Tanrıya çatmasına mane olur.

Natiq kişi söhbətə davam edir:

– Nigarançılıq hamımızı üzmüşdü. Qohum-əqraba  hamımız narahat idik. Aprelin 4-ü naməlum nömrədən zəng gəldi. Məndən soruşdu ki, Vüqarın atasıyammı. Ünvanımızı, ata evimizi soruşdu. Həmin dəqiqə həyəcanlandım, xəttin o başındakı kişiyə : “Vüqara nə olub ki?” deyə sual etdim.  “Heç bir şey olmayıb” deyib,  telefonu söndürdü.  Sonra  bacanağım zəng vurdu ki, Vüqar yaralıdır, Şəkiyə xəstəxanaya aparıblar. Gecəylə yığışıb gəldik  kəndə. Və…  həyətimizə girəndə gördüm ki, çadır qurublar.  Səhərə yaxın gördüyünüz bu ata ocağımıza balamın tabutunu gətirdilər. Hər bir atanın ən böyük arzusudur ki, oğluna toy eləsin, gəlin gətirsin. Mən oğlumun toyunu görə bilmədim.
Vüqar heç vaxt məni incitmədi. Bu 23 ildə, o özünü anlayandan ondan bir pis hərəkət görmədim. Həmişə  xoş xəbərləri gəldi. İmtahanlarını da özü verirdi. Bir manat artıq pul xərcləmədi imtahanlarına…  Bu ilin  yanvar ayında ona hərbi xidmətdən ezamiyyət verdilər.  Gedib diplomunu aldı gətirdi. Evə qoydu.  Fikirləşirdik ki, əsgərlikdən gələcək, çəkdiyi əziyyətlərin bəhrəsini görəcək. İndi o diplom nəyimizə gərəkdir?  Bir ondan təsəlli tapıram ki, oğlumun  tökülən torpaqlarda Qalibiyyət var.  Oğlum  Şəkinin Dhnə kəndinin 17-cı şəhididir. Kəndimizin 8 oğlu Qarabağ müharibəsinin ilk illərində itkin düşüb. 8-inin isə qəbri burdadır. Şəkinin çıxışındakı  dağın sinəsindədir 8 şəhidin məzarı. İndi oğlum da onların sıralarına qoşuldu. 9-cu şəhid oldu…

“Əsgər forması elə gözəl yaraşırdı oğluma…”

Anası  Zemfira isə səssiz-səssiz ağlayırdı həyat yoldaşı oğlunun yarımçıq həyatından  danışdıqca. Nə bir təsəlliyə, nə bir səbrə yer qalıb. Haradan alsın sorağını? Haraya getsin dalınca? Haradan axtarsın? Bilsə ki, gələcək səbr edər.  Səbr etməsin neyləsin ki? Tanrı ilə davaya çıxmaycaq ki… Taleynin yazdığı qismətdir. Qismətdən qaçılmaz ki…
Söhbətimizə qoşuldu şəhid anası:

–  O əsgər gedəndə çox narahat oldim. Dedim ki, ay oğul sənin  nə gücün var ki, gedib əsgərlik çəkəsən.  Mənim gözümdə uşaq idi.  Lakin əsgərlikdən məzuniyyətə gəlmişdi bu ilin fevral ayında. Mənim o sısqa Vuqarımdan əsər-əlamət qalmamışdı. Elə böyümüşdü, yekəlmişdi, kişiləşmişdi. Sevindim boyuna baxıb. Allaha şükr elədim ki, oğlum nə gözəl olub. Əsgər forması da elə gözəl yaraşırdı oğluma. Necə güclü göründü gözümə. Vüqar  əsgər gedəndən bir neçə ay sonra Qurban bayramı idi. Lənkəranda qulluq edirdi əvvəl.  Sonradan Füzuliyə köçürdülər.  Hər bayramda zəng vurub özü bizi təbrik edirdi. Bu dəfə də gördüm ki, səsi çox şən gəlir. Soruşdum nə məsələdir? Dedi ki, “ana, burada bizə Qurban bayramı keçirirlər. Qoyunlar kəsiblər, kabab  çəkiblər”. Mən də anayam da, oğlumsuz boğazımdan şirin tikə keçməzdi. Novruz bayramında bağlama düzəltdim, ona bayram payı göndərdim. Zəng vurub minnətdarlıq etdi. 3 ayı qalmışdı gəlməyinə, iyul ayında gələcəkdi. Bütün arzularımı puç etdi. Nə çətinlikər gördük. Onu məktəbdə, institutda oxutmaq üçün, kəndə evi-eşiyi atıb, gedib Bakıda kirayələrdə yaşadım. Axırı da bu… İndi Siz deyin, mən neyləyim?

Çıxdım dağlar başına,
Yazı yazam daşına.
Gələn-gedən oxusun,
Nələr gəldi başıma.

O qanlı aprel günlərində televizora baxıb şəhidlərə ağlayırdım, deyirdim ki, bu bədbəxtlərin anaları yazıq neyləyəcək? Sən demə mənim də balam elə onlarla Lələ təpəni alanda həlak olub. Eh… Lələ təpə…Bağrı qanlı təpə… Uğrunda nə canlar getdi… Necə deyərlər, dağlar dağımdı mənim…

Dörd yanı böldü dağlar,
Üstünüz güldü  dağlar.
Sizə ümid bağladım,
Bir oğlum öldü, dağlar.

Bacılar qardaşa xonça bağlayar…

Vüqarın özündən böyük iki bacısı var. Aysel və Arzu.   Nə qədər çağırdıqsa, əvvəlcə gəlib məclisdə oturmadılar. Söhbətimiz yekunlaşana yaxın, ailənin ağsaqqalı Rəhman  kişi  süfrə başına çağırdı qızları. Bu cavan gəlinlər, qardaş kədərindən başlarına qara örpək bağlamışdılar.  Heç zaman sevmədiyim qara örpək. Müharibə belədir, anaların, qızların, gəlinlərin əyninə qara paltar biçir. Böyük bacısı  Aysel danışdı:

– Biz ikimiz də ailəliyik. Ev-ailə qayğılarımız var. Qardaşım, atam və anam Bakıda yaşayırdılar. Arxayın idik. Nə biləydik ki, fələk qismətimizə belə ayrılıq yazacaq. Qardaşım haqqında danışmağa o qədər xatirəmiz var ki… Hələ bundan sonra çox danışacağıq, hər gün, hər vaxt dilimzdə olacaq. O tək oğlan olsa da, ərköyün deyildi. Çox utancaq idi. Evə qonaq gələndə gedib, mətbəxdə çörək yeyərdi. Qonaqlarla bir süfərəyə əyləşməzdi. Başqa uşaqlar kimi gedib uşaqlıq, gənclik keçirmədi. Elə hey oxudu, öyrəndi. Savadlı da oğlan idi. Özünə, yalnız özünə güvənirdi. İngilis, rus dillərini mükəmməl öyrənmişdi. 1-ci kursda oxuyanda institutdan Türkiyəyə aparmışdılar… Ən böyük arzusu öz ixtisası üzrə otelçik sahəsində işləmək idi. Ola bilsin ki, adı  Vətən tariximizdə qalacaq, ancaq onun boş yerini nə ilə dolduracağıq?
Bacının ən gözəl arzusu qardaş xonçası ilə oynamaqdır. Bundan sonra xonşalarda gözümüz qalacaq.

Aysel danışdıqca, mən də bu bayatını pıçıldayırdım:

Gəl qardaş, yarağımsan,
Arxamsan, dayağımsan.
Hər gün lazım olmasan,
Bu gündə gərəyimsən.

Sən məni ağlar qoydun,
Sinəmə dağlar qoydun,
Yıxdın atam evini,
Qapısın bağlar qoydun.

Vüqarın atası Natiq  Süleymanov onu da əlavə etdi ki,  oğlunun xatirəsini dövlətimiz çox əziz tutdu. Şəki şəhərində olduğu kimi, müvəqqəti  yaşadıqları Qaradağ rayonunda da onlara qarşı çox böyük sayğı göstərildi.  Qaradağ rayonu Vüqarın adına anım mərasim təşkil etdi. Vüqarın oxuduğu 95 saylı məktəbdə adına güşə yaradılıb.

“İndi  şəhidlərə münasibət daha istidir. Əvvəllər şəhid ailələri bir az unudulmuş kimi idi. Sağ olsun, dövlətimiz, bizi o ağır günlərdə tək qoymadı”,-deyə söhbətini yekunlaşdırdı, şəhid atası.

O bir qıza könül vetrib getmişdi…

Hələ kimsənin bilmədiyi bir sirr də var idi. Onu isə mənə Vüqarla bir qrupda oxumuş, 4 il tələbə yoldaşı olmuş Vüsal Qasımov  danışdı:

– Mən də ailənin tək oğluyam. Bilmirəm qardaşı olmaq necə hissdir. Ancaq Vüsal mənim üçün çox əziz idi, o qardaş deyiləndən də əziz bir kimsə idi. Biz-birimizi təkcə sözlə deyil, eyni zamanda  adi bir baxışla, işarə ilə də anlayırdıq. Əsgərlikdə  olanda bir dəfə xəstələnmişdi. 15 gün  hospitalda yatdı. Sonra isə ona məzuniyyət verdilər. Söhbət edirdi əsgərliyindən. Təzə əsgər gedən vaxtlar yaman qorxubmuş, düşmən ilə üzbəüz ağır atışmalarda iştirk edibmiş.
“Allah saxladı, şəhid olmadım. Görünür, hələ qismətimdə yaşamaq, səni bir də görmək var imiş, qardaş”- demişdi onda. Məzuniyyətdən  əsgərliyə qayıdacağı axşamı xeyli birlikdə gəzdik, söhbət etdik. Magistraturada oxuyuram.  Məni qoymadı dərsə girim. Elə bil ürəyinə nəsə dammışdı, görüşdük, ayrıldıq. Yenidən dönüb gəldi, yenə dayanıb söhbət etdik, dedi ki, heç ayrılıb getmək istəmir. İndi xatırlayanda öz-özümə deyirəm ki, nə yaxşı həmin günü çox oturduq. Arada bir dəfə dedi ki, əsgərliyə gedəndə institumuzda oxuyan bir qıza könül verib, deyib ki, “gözlə məni, əsgərlikdən qayıdandan sonra son sözünü deyərsən”.  Bax beləcə, mən bilirdim ki, o bir qıza könül verib getmişdi.

Bakı Slavyan Universiteinin 4 şəhidindən biri

Yuxarıda qeyd etmişdim ki, şəhidimiz Bakı Slavyan Universitetinin məzunu idi. Onun haqqında universitetin prorektoru, professor  Telman Cəfərovun da deməyə sözü var:

– Vüqar Süleymanov bizim universiteti 2015-ci ildə bitirib. Son  dərəcə tərbiyəli, səmimi, təvazökar və yaxşı oxuyan tələbə idi. Universitetin ictimai-siyasi həyatında da yaxından iştirak edirdi. Onun şəhid olması xəbərini alandan sonra, universitetin fakültə dekanları, müəllim, professor heyəti ilə Şəkiyə Dəhnə kəndinə getdik. Valideynlərinin dərdinə şərik olduq. Təsəlli verdik.  Şəki şəhərinin İcra Hakimiyyətinin nümayəndələri ilə söhbətlərimiz oldu. Hazırda  bu təhsil ocağında Vüqar Süleymanovun adına  guşə ayırmışıq.  Qarabağ müharibəsində, Vüqardan əvvəl də 3 məzunumuz şəhid olub. Onların da xatirəsi bizim üçün əzizdir. Onların da adına universitetdə guşə yaratmışıq. Həmin şəhidlərin, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrinda həlak olan şəhidlərimiz hər  zaman təhsil ocağımızda  yad edilirlər.  2-5 aprel günlərində  Vətən torpaqlarının azad edilməsi üçün 4 günlük qızğın  müharibə  getdiyi müddətdə  bizim təhsil ocağında da tələbəsindən tutmuş, professoruna qədər hamı narahat idi.  Hətta tələbələrimiz qrup şəklində birləşib ön cəbhəyə, torpaqlarımızı azad etmək üçün  vuruşmağa  getməklərini də bəyan etdilər.
Bakı Slavyan Universitetinin  dünyanın bir çox məşhur təhsil ocaqları ilə əməkdaşlıq və dostluq əlaqələri var. Dünyanın bir çox görkəmli xadimləri, prezidentlər , məşhur insanlar  Bakı Slavyan Universitetinin fəxri doktorlarıdır. Həmin müharibə günlərində  universiteti dəstəkləyənlər çox olub.

Rusiyanın Ural Federal Universitetindən, Bolqariyanın Sofiya Universitetindən, Ukraynanın  Xarkov və Kiyev Dövlət universitetlərindən  Bakıdakı bu təhsil ocağına olunan telefon zəngləri, rəsmi müraciətlər bitib-tükənmirdi. Həmin günlərdə  adı çəkilən  böyük təhsil ocaqları  haqq savaşında  Azərbaycan əsgərlərinə Qələbə arzulayırdılar. Vüqar Süleymanovun  həlak olmasından isə təssüflənirdilər. Bakı Slavyan Universitetində yay və qış məktəblərində  iştirak edən xarici tələbələr də öz tərəflərindən  olduqları, yaşadıqları ölkədə Azərbaycanın haqq səsini  dünyaya yaymağa çalışdılar.

Aida Eyvazlı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930