Rəşid Behbudova Bakıda heykəl qoyuldu
Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudovun adını daşıyan mahnı teatrının qarşısında sənətkarın heykəli qoyulub.
Publika.az-ın məlumatına görə, bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.
Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Abidənin açılış mərasiminin sentyabr ayında olacağı gözlənilir.
Qeyd edək ki, Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də anadan olub, 1989-cu il iyunun 9-da dünyasını dəyişib. Məşhur müğənni sağlığında SSRİ və Azərbaycan SSR-nin bir sıra mükafatlarına layiq görülüb.
Həmin teatr Rəşid Behbudovun özü tərəfindən yaradılıb.