Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Müharibədən qaçmaq üçün kritik fürsət ayı

Prezidentlərin iyun görüşünün tarixi bəlli oldu, bəs sülh anlaşmasının tarixi? Rusiya Ermənistanın hava məkanını da nəzarətə götürdü, Dağlıq Qarabağ isə…

Qarabağ münaqişəsi zonasında 22 illik atəşkəs dövründə ən genişmiqyaslı hərbi əməliyyatlar hesab olunan aprel döyüşlərindən iki aydan çox vaxt ötür. Əfsuslar olsun ki, bu müddət də problemin həllində dönüşə gətirmədi. Vyana görüşü hesaba alınmazsa, ötən zamanda konfliktlə bağlı ciddi heç bir diplomatik fəallıq özünü göstərmədi. Sanki atəşkəsi davamlı eləmək üçün Vyana danışıqları yetirmiş. Əlbəttə ki, belə deyil. 
Bu arada Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında iyunun sonunda Sankt-Peterbuqrda üçtərəfli görüşün keçiriləcəyi haqda məlumat yayılıb. Məlumatı Rusiya KİV-i ölkə XİN-dəki qaynağa istinadən yayıb. Xəbər doğrudursa, onda belə çıxır ki, prezidentlər – İlham Əliyev və Serj Sərkisyan arasında budəfəki birbaşa təmasın təşkilatçısı məhz Rusiya, prezident Vladimir Putin olacaq (Az öncə prezidentlərin görüşünün Parisdə ola biləcəyi xəbəri yayılmışdı. Daha sonra isə Çexiya prezidenti görüşü Praqada keçirməyi təklif eləmişdi).
Qarabağ konfliktinin həllində əsas məsuliyyətin zor-xoş Rusiyanın üzərinə qoyulduğunu nəzərə alsaq, təəccüblü deyil. Ancaq Moskva bu məsuliyyəti heç olmasa, indi – kritik aprel olaylarından sonra qədərincə dərk edirmi? Əsas sual da elə budur.
***
Doğrudur, bu gün münaqişə tərəflərinə ən güclü təsir imkanı olan yeganə dövlət Rusiya olaraq qalır. Ancaq iş də ondadır ki, indiyədək Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş 20-dən çox birbaşa təmasın əksəriyyəti məhz Kremlin vasitəçiliyi ilə reallaşsa da, onların heç biri problemin həllini bir santimetr belə irəli aparmayıb. Bu dəfə necə, tilsim qırılacaqmı? Nəhayət, Moskva aprel döyüşlərindən nəticə çıxarıb nizamlama prosesinə ənənəvi imitasiyalı yanaşmaından əl çəkəcəkmi, “qollarını çirməyib” konfliktin həllinə girişəcəkmi?
Təəssüf ki, iyun ayının 1/3-i arxada qalsa da, suala pozitiv cavab yoxdur. Gerçək budur ki, prezidentlərin növbəti görüşünü hansısa formada əlamətdar eləmək üçün nə ATƏT-in Minsk Qrupu həmsədrləri səviyyəsində, nə də ikitərəfli formatlarda və ya Moskvanın təşəbbüsü ilə real və sanballı heç bir iş ortada yoxdur, görünmür. 
 
Demək, növbəti üçtərəfli görüş də formal bir hadisə kimi tarixə qovuşacaq və yenə də sırf Rusiyanın məsələdə dominant rolunun nümayişi ilə yadda qalacaq. Belə “əzələ nümayişləri” isə Qarabağ məsələsinə, regiona indiyədək yaxşı heç nə verməyib.
Əksinə, sülh danışıqlarında budəfəki fiasko, iyun fiaskosu daha böyük təhlükə vəd edir və münaqişə zonasında yeni müharibə riskinin kəskin artmasına gətirə bilər. Çünki aprel olayları çoxunda ümid yaradıb ki, münaqişə zonasında status-kvo nəhayət, tezliklə dəyişməlidir.
Bunu apreldəki 4 günlük müharibədən sonra Minsk Qrupu həmsədrləri də, ATƏT-in hazırkı sədri Almaniya da açıq biyan ediblər. O zaman status-kvonu dəyişməyə, danışıqlara real dinamika verməyə kim və ya nə mane olur? İndi də bunun zamanı deyilsə, bəs nə vaxt?
***
Bu arada isə Rusiya Güney Qafqazdakı yeganə forpostu Ermənistanla hərbi müttəfiqliyi genişləndirməkdə davam edir. Xəbər verildiyi kimi, Rusiya və Ermənistan birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında sazişi ratifikasiya edib. Bu da o anlama gəlir ki, Ermənistanın xarici sərhədləri kimi hava məkanı da bundan sonra Moskvanın nəzarətinə keçir. Sənəd eyni zamanda Ermənistana Rusiyanın Raket Əleyhinə Müdafiə sistemindən geniş istifadə imkanı verəcək.  
Lakin sazişdə Dağlıq Qarabağın hava məkanının adı çəkilmir. Bu haqda danışan Ermənistan parlamentinin vitse-spikeri və hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazonov jurnalistlərə açıqlamasında bildirib ki, “sənəddə Qarabağla bağlı bir dənə də olsun hərf, vergül yoxdur”.
Əslində məntiqlidir. Çünki Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycan Respublikasının tərkib hissəsidir. Bununla da həm Rusiya, həm də elə Ermənistan faktiki surətdə Azərbaycanın ərazi bütövlüyünü tanımış olur. Bu, həm də o anlama gəlir ki, Azərbaycan öz ərazisində, özünün beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində istənilən vaxt işğalçı qüvvələrə qarşı antiterror əməliyyatı keçirə bilər və həmin əməliyyatlara Rusiya, KTMT qarışmayacaq. Ta o vaxta kimi ki, əməliyyatlar Ermənistan ərazisinə keçəcək.
***
Qarabağ məsələsi ətrafındakı vəziyyətə Azərbaycan, Rusiya və İran prezidentlərinin gözlənilən üçtərəfli Bakı görüş kontekstində dəyərləndirənlər də az deyil. Siyasi analitiklər bu yöndə nikbin proqnozlar verməkdədirlər. Məsələn, politoloq Fikrət Sadıqova görə, Əliyev-Putin-Ruhani üçtərəfli görüşü faktiki olaraq labüddür və ilk növbədə regional təhlükəsizlik məsələləri, o sırada Qarabağa konflikti ilə bağlı olacaq (Axar.az).
“Bu isə ilk növbədə terror və ekstremizmə qarşı mübarizəni nəzərdə tutur. Çünki regionda vəziyyət olduqca gərgindir” – ekspert qeyd edib. O, görüşdə Qarabağ məsələsi də gündəlikdə olacağını söyləyib: “Üçtərəfli görüşdə həmçinin, Xəzərin statusu ilə bağlı müəyyən müzakirələr istisna edilmir. Bakı görüşündə Qarabağ məsələsinin özəlliklə müzakirə olunacağını qeyd etmək lazımdır. İnanmıram ki, Bakı bu məsələdə Tehranla hansısa bir razılığa gəlsin. Düzdür, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu, Azərbaycan üçün önəmli bir amildir. Ancaq İranın Ermənistanla da münasibətləri kifayət qədər geniş və yaxındır”.
Politoloq habelə təxmin edir ki, üç dövlət rəhbərinin görüşündə bir sıra məsələlərlə bağlı razılıq əldə oluna bilər: “Azərbaycan Rusiya ilə strateji tərəfdaşdır. Bu mənada Rusiya və İran münasibətləri də çox yaxın formatda inkişaf edir. Üçlük bir sıra konkret layihələr, terrora qarşı mübarizə yolunda razılığa gələ bilərlər”.
***
Bir şey dəqiqidir ki, Qarabağ münaqişəsi zonasında geniş miqyaslı hərbi əməliyyatların bərpası qonşu və region dövlətlərinin, o cümlədən Rusiya və İranın da marağında deyil. Ən azı ona görə ki, müharibə ənənəvi iqtisadi bağların və münasibətlərin qırılması və ya zəifləməsi, böyük iqtisadi və insani resursların tələb edilməsi deməkdir.
 
Müharibədən qaçmağın yolu isə sülh anlaşmasıdır. Prezidentlərin iyun görüşünün tarixi bəlli oldu, görəsən sülh anlaşmasının da tarixi bəlli olacaqmı?
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930