“Heydər Əliyev-15 iyun Qurtuluş günü” adlı tədbir keçirilib
Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi «Heydər Əliyev- 15 iyun “Qurtuluş günü” adli tədbir keçirdib.
Tədbir təşkil olunmuş sərgi ilə tanışlıqdan dəyirmi masada davam etdi. Dövlət himninin oxunuşu, torpaqlarımız ugrunda şəhid olmuş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Dəyirmi masanı Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva açaraq Heydər Əliyevin həyat yolu tarixindən danışdı
Tədbirdə 15 iyun 1993-cü il tarixli sənədli filmi nümayiş olundu. Tədbirdə politoloq Tofiq Əlizadə, professor Əhməd Qəşəmoglu, QHT sədri Şahin Qədirov və basqaları çıxış etdilər.