Rusiya Dövlət Dumasının deputatı Ermənistanın cəzalandırılmasını tələb edir
Rusiya Dövlət Dumasının deputatı Maksim Şinqarkin ölkəsinin xarici işlər naziri Sergey Lavrova müraciət edib.
Hafta.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, deputatın müraciətinin əsas səbəbi Ermənistanda 28 may tarixində Adolf Hitlerin müttəfiqi olmuş erməni Qarigin Ndjeyə heykəl qoyulması olub.
Rusiyalı deputat rəsmi İrəvanın bu hərəkətini irqçilik kimi qiymətləndirib və dünyada faşizimin əsas ideoloqlarından biri kimi tanınan Hitleri müdafiə etmiş şəxsə heykəl qoyulmasını qəbuledilməz hal adlandırıb. Maksim Şinqarkin özləsinin Xarici İşlər Nazirliyinə səslənərək Ermənistanın buna görə cəzalandırılmalı olduğunu bildirib.