İstanbulu qana bulayan terrorçuların görüntüləri – VİDEO
İstanbuldakı Vezvecilər metro stansiyasının yaxınlığında terror hücumu həyata keçirən terrorçuların görüntüləri ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülərdən birində kamikadze qadın və hücumu təşkil edən terrorçu avtoparkdan birlikdə çıxarkən görünür.
Başqa bir görüntüdə isə çadralı qadın küçədə tək gəzərkən görünür. Görüntülər İstanbul terrorla mübarizə və kəşfiyyat şöbələrinin apardığı istintaq çərçivəsində əldə edilib. İstintaq zamanı ətrafdakı MOBESE və təhlükəsizlik kameraları araşdırılıb.
İstintaqı genişləndirən qruplar qadın terrorçunun Mardin vilayətində qeydiyyatda olduğunu müəyyənləşdirib. Əldə edilən məlumata görə, PKK onu bir aylıq təlimdən sonra kamikadze olmağa razı salıb. Qadın terrorçunun 20 gün əvvəl İstanbula gəldiyi və son 1 həftədə hadisə yerində kəşfiyyat məlumatları topladığı müəyyən edilib.
Onunla birlikdə görünən kişi terrorçunun isə PKK-nın gənclik qanadı olan YDG-H-nin üzvü olduğu və 2 il əvvəl Diyarbəkr həbsxanasından çıxdığı bildirilir.
Xatırladaq ki, terror aktı iyunun 7-də törədilib. Hadisə nəticəsində 7-si polis olmaqla 11 nəfər həlak olub.