Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İrəvan xanının nəticəsi DANIŞDI

O, İrəvan xanı Hüseynqulu xanın nəslindəndir. Artıq 50 ildir ki, Niderland Krallığında yaşayır. İrəvan xanının qızı Əslixan xanımın nəticəsi, hazırda Hollandiya Avrasiya Türk Qadınlar Birliyinin sədri olan Fatma Aktaş Publika.az-a qısa müsahibəsini təqdim edirik:

– Fatma xanım, özünüz haqqında məlumat verərdiniz. Dediniz ki, İrəvan xanının nəsilindənsiniz…

– Əslində, mənim ailəm yüz il öncə Azərbaycanın tarixi torpağı olan İrəvandan Türkiyəyə köçüb. Nənəm Əslixan xanım İrəvan xanının qızı olub, onun atası isə Qarabağdandır. Azərbaycan bizim doğma Vətənimiz, tarixi torpağımızdır. Ona görə də biz Azərbaycanı özümüzə hər zaman doğma bilirik.

Biz indi Avropada yaşayan Oğuz türklərindənik. Deportasiya dövründə nənəm İğdıra yerləşib. Daha sonra isə atam və anam Türkiyədən 1970-1980-ci illərdə işçi ailəsi olaraq Hollandiyaya gediblər. O zaman mən çox uşaq idim. Artıq 50 ildir ki, burada yaşayıram və Hollandiya vətəndaşıyam.

 – İndi Hollandiyada türklərə münasibət necədir?

– Mən orada çox rahat yaşayıram, mənim kimi digər türklər də qaynayıb-qarışıblar.

Ümumiyyətlə, Avropanın əhali statistikasına nəzər salanda da görərik ki, Azərbaycan türklərinin “köhnə qitə” ölkələri arasında ən çox yaşadığı ölkə Hollandiyadır. Hollandiya çox kiçik ölkə olmasına baxmayaraq, xalq kimi çox böyükdür.

Bildiyimə görə, hazırda Hollandiyada 550-600 minə yaxın türk yaşayır.

 – Hollandiya erməni lobbisinin güclü olduğu Avropa ölkələrindən biridir. Burada yaşayan türklər ermənilərlə necə mübarizə aparır?

– Bilirsiniz ki, erməni lobbisi dünyada çox güclü çalışan topludur. Mənim müşahidələrim də bunu deməyə əsas verir ki, erməni lobbisi pulsuz, təmənnasız çalışır. Bunu şəxsən gördüyüm üçün deyirəm ki, erməni lobbisi təmənnasız şəkildə fəaliyyət göstərir və Ermənistan dövlətindən nə isə vəsait ummur.

Mən həm də Hollandiyanın Xristian Demokrat Partiyasının üzvüyəm. Hətta 2004-cü ildə bu partiyadan Hollandiya parlamentinin deputatı olmuşam. Səmimi söyləyim ki, ermənilərdə təmənnasız vətənpərvərlik hissləri güclüdür. Ona görə də tarixən ermənilər kiçik bir toplum olmasına baxmayaraq, hər zaman “Böyük Ermənistan” xəyalları ilə yaşayaraq, Azərbaycan torpaqlarını zəbt etməyə cəhdlər edirlər, tarixi abidələrimizi məhv edərək silirlər. Bütün bunları biz ermənilərin real fəaliyyətlərində də müşahidə edirik.

Bu gün Avropada Ermənistan deyəndə mən oranı tanımıram. Çünki Avropada “Ermənistan” adlı dövlətdən daha çox erməni deyəndə tanınır.

Təbii ki, diasporumuz ermənilərlə mübarizədə axsamalara yol verir. Azərbaycanın indiki diasporu ilə çətin ki, yaxın illərdə uğurlu işlər görək. Çünki diasporumuzun əksəriyyəti pul müqabilində işləyir. Pulla işləməklə nəyəsə nail olmaq çox çətindir. Nə qədər acı olsa da deməliyəm ki, Azərbaycan və Türkiyə diasporu erməni diasporundan örnək götürməlidir. Ürəklə işləməyin mükafatı da çox böyük olur. Biri var Vətən, din, iman uğrunda mübarizə aparasan, biri də var ki, pul uğrunda çalışasan.

İndiki bəzi diaspor nümayəndələrimiz ancaq pul güdür. Yaxşı olar ki, onlar gedib öz bildiyi işlərlə məşğul olsun, Vətən, diaspora onlar üçün deyil. Dövlət bu cür adamlarla uğur qazana bilməz. Mən bütün bu problemlərlə bağlı təkliflərimi Azərbaycan dövlətinə də çatdırmışam.

Diaspor işi strategiya, siyasət, elm tələb edən işlərdir. Bütün bunların hamısını reallaşdırmaq üçün uyğun adamları seçmək lazımdır.

Bu gün nəyisə Avropaya anlatmaq çox asan işdir. Ancaq o məsələni konkret faktlar və elmlə başa salmaq lazımdır. Avropaya yalnız sözlə nəyisə anlatsanız, onlar sizi ciddiyə almaz. Faktlarla, elmlə mübarizə aparmaq lazımdır.

– Dediniz ki, Hollandiya parlamentinin deputatı olmuşunuz və hazırda da bu ölkənin Xristian Demokrat Partiyasının üzvüsünüz. Bütün bu tribunalardan ermənilərə qarşı nə kimi mübarizələr aparmaq imkanlarınız olur?

– Belə imkanlar olur və fürsət yaranan kimi biz bu imkanlardan istifadə edirik. Misal üçün biz bu ilin sentyabr-oktyabr aylarında Hollandiyada ermənilərin türklərə qarşı vəhşilikləri və tarixi abidələrimizi dağıtması ilə bağlı beynəlxalq tədbir keçirməyi planlaşdırırıq. Bu cür tədbirlərlə biz ermənilərin mənfur planlarını ifşa edirik.

Bundan əlavə, biz Hollandiya parlamentində də Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı sıx-sıx görüşlər keçiririk, Ermənistanın işğalçılıq siyasətini tez-tez gündəmə gətiririk.

Bu yaxınlarda Azərbaycandan bir qrup millət vəkili Hollandiyaya səfər etmişdi. Həmin səfər zamanı keçirilən görüşlərdə də biz bu məsələləri gündəmə gətirmişik.

Hollandiya vətəndaşları da real vəziyyətin necə olduğunu və Azərbaycanın haqlı mübarizəsini anlayır. Ancaq bu məsələ ilə bağlı Avropa dövlətlərində hüquq işləmir. Burada hüquq yalnız xristian dövlətləri üçün işləyir. Neçə illərdir ki, Avropa Ermənistanı işğalçılıqdan əl çəkməyə məcbur edə bilmir. Əslində, Avropa bunu bacarır, sadəcə özü istəmir. Çünki Ermənistan xristian ölkəsidir.

– Müsəlman ola-ola Hollandiyanın Xristian Demokrat Partiyasına üzv olmusunuz. Bu zərurət nədən yarandı?

– Mən bu yolu bilərəkdən seçmişəm. Özüm müsəlmanam, ancaq bilərəkdən Hollandiyanın Xristian Demokrat Partiyasına üzv olmuşam ki, onların daxilindəki proseslərə yaxından bələd olum. İndiyədək yalnız xristianlar İslam dininin yaxından öyrənilməsinə çalışıb. Ona görə də xristianların fəaliyyətini dərindən bilən insanlarımız çox azdır. Ancaq mən çalışıram ki, xristianların müsəlmanlara qarşı palanlarını, siyasətini dərindən öyrənim.

Vasif Həsənli

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930