Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“İrəvan – 2018” Hərəkatı İrəvanda dağıdılan məscidlərlə bağlı UNESCO -ya və İƏT-ə müraciət edib

“İrəvan – 2018” Hərəkatı əzəli və əbədi Türk yurdu olan İrəvan torpaqlarında mövcud olan və erməni vandalları tərəfindən dağıdılan məscidlərlə bağlı UNESCO-ya və İslam Əməkdaşlıq Təşkilatına müraciət edib.Karabakh.Today xəbər verir ki, bu barədə “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB-nin sədri, “İrəvan – 2018” Hərəkatının təsisçisi Zaur Qəriboğlu məlumat verib. Z.Qəriboğlu bildirib ki, qədim Türk torpağı olan İrəvanda mövcud olan məscidlər və eyni zamanda digər maddi-mənəvi abidələr ermənilər tərəfindən dağıdılıb və həmin maddi-mənəvi abidələr yer üzündən silinib: “Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan, əzəli və əbədi Türk yurdu İrəvan xanlığının ərazisi xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngin olub. Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud idi və İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində var olan məscidlərin hər biri öz arxitekturasına görə dəyərli memarlıq nümunəsi kimi dünya mədəniyyətinin inciləri olaraq, tarixə düşüb. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində yaradılıb. Tarix kitablarını vərəqləsək, görəcəyimiz tarixi faktlardan aydın olacaq ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycan hazırda “Ermənistan” adlanan torpağın aborigen əhalisi məhz Azərbaycan türkləri olub.

1828-ci ildə Türkmənçay müqaviləsindən sonra bölgəyə İran və Türkiyədən gələn ermənilər bu əraziyə yerləşdirildilər. Ermənilər isə möhkəmlənəndən sonra bu əraziləri erməni torpağı elan edib, yaşayış məntəqələrinin türk adlarını dəyişdirib, onlara erməni adları veriblər. Bu gün düzdür, İrəvanın qədim tarixinə dair əldə olan məlumatlar olduqca azdır. Bunun səbəbi İrəvanın 4 iyun 1679-cu il zəlzələsində dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri incəsənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpic və daşla xüsusi zövqlə inşa edilən məscidlər, karvansaralar öz orijinallığı və üslub zənginliyi ilə daim görənlərin könlünü oxşayıb. Bu haqda əraziyə səfər edən səyyahlar, alimlər öz əsərlərində də dəfələrlə yazıblar.  Lakin bu abidələr zamanla ermənilər tərfindən dağıdılıb, formasiyası dəyişdirilib və yer üzündən silinib.

Dağıdılan, yerlə – yeksan edilən, eyni zamanda formasiyası dəyişdirilən (Göy məscid, Əmir Səəd məqbərəsi) abidələrlərlə əlaqədar müvafiq qurumlara müraciət edən Hərəkat erməni vandallarının dağıtdığı maddi-mədəni abidələri ilə bağlı müvafiq tədbirlərin görülməsini həmin qurumlardan xahiş edib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930