Gəncədə gənclər “Hamının olsa da –bizimdir!” dedilər
“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsinin icrasına start verib.
Layihə çərçivəsində Gəncə şəhərində ilk tədbir keçirilib.
Tədbirdə layihənin koordinatoru Murad Məmmədəliyev layihənin donoru və məqsədi barədə ətraflı məlumat verib. Layihənin məqsədinin gənclərdə “Hamının olsa da –bizimdir!” fikrini formalaşdırmaq olduğunu qeyd edib.
Layihənin təlimçiləri Xəzanə Orucova və Orxan Əmirxanov yeniyetmə və gənclərə ekoloji mədəniyyətin formalaşdırılmasına çalışmaqla ekoloji durumun yaxşılaşdırılmasına nail olmaq üçün onların üzərinə düşən vəzifələr haqqında məlumat veriblər. Təlimçilər gənclərə ekoloji tərbiyənin formalaşdırılması, ətraf mühitin qorunması və ondan səmərəli istifadə edilməsi prinsiplərini aşılayıblar.
Qeyd edək ki, layihə 3 ay ərzində həyata keçiriləcək.
yknews.az