Türkiyədə rusiyalı dənizçilərin meyitləri tapılıb
İstanbulun Tuzla limanında iki rusiyalı dənizçinin meyiti aşkarlanıb.
Trend-in Türkiyənin “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata görə, dənizçilərin meyitləri Rusiya bayrağı altında üzən “Amapoa” gəmisində təmir işləri aparılan zaman aşkarlanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.