“Qarabağ” Kikboksinq Klubu hansı zərurətdən yarandı?
“Qarabağ” İdman Klubu idman fəaliyyəti ilə yanaşı, düşmənin işğalçılıq həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasına çalışacaq.
Azəraycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərəcək “Qarabağ” Kikboksinq İdman Klubunun prezidenti Emin Seyidov bildirib.
“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev belə bir klubun yaranmasını tövsiyyə etmişdi. Bilirsiniz ki, idman bir ölkənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və onun tanıdılmasında yaxşı vasitədir. Biz də bundan yaxşı mənada yararlanmağa çalışacaq.
Bu gün torpaqlarımızın işğalı bizi bir yumruq kimi birləşdirməlidir. Hər kəs əlindən gəldiyi qədər nəsə etməlidir. “Qarabağ” Kikboksinq İdman Klubunu güclü heyətlə təmin edəcəyik.”
Elnur Eltürk