Putinin hərbi bloku aprel döyüşləri HAQDA – “Bu təşkilat üçün təhlükədir”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyuja Yerevana səfər edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qevokyanla birlikdə mətbuat konfransı keçirən Bordyuja aprel döyüşlərinə də toxunub.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olaraq Qarabağdakı hadisələri diqqətdə saxlayırıq.
Təşkilatımızın sərhədlərində baş verən istənilən silahlı münaqişə təşkilatın bütün üzvləri üçün təhlükədir”.