İrəvanda erməni hərbçiləri qəzaya düşdü
Dünən axşam saatlarında İrəvanın mərkəzində hərbi qulluqçuların olduğu avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Publika.az “news.am” saytına istinadən xəbər verir ki, içərisində 5 hərbçinin olduğu “UAZ” markalı avtomobillə “Hundai” markalı minik avtomobil toqquşub.
Hadisə nəticəsində 5 erməni hərbçisi yaralanıb.