Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

FİA direktoru Bakı Şəhər Halqasının yarışa hazırlığından razı qalıb

nəlxalq Avtomobil Federasiyasının (FİA) yarışlar üzrə direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edərək, 17-19 iyun tarixlərində Azərbaycanın paytaxtında təşkil olunacaq 2016-cı il Formula 1 Avropa Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında hazırlıq işlərinin gedişatı ilə yaxından tanış olub.

 Publika.az xəbər verir ki, Vaytinq və onun komandasının ötən ay keçirdiyi təftişdən cəmi bir neçə həftə sonra baş tutan sonuncu səfər zamanı trek və onun ətrafındakı yardımçı binaların Formula 1 Qran Pri yarışının keçirilməsinə hazırlıq səviyyəsi bir daha qiymətləndirilib. Aparılan hərtətəfli təftiş işlərindən sonra jurnalistlərin suallarını cavablandıran Vaytinq  son işləri tamamlanmaqda olan şəhər trekindən böyük məmnunluğunu ifadə edib:

 “Sonuncu səfərimdən sonra həyata keçirilən hazırlıq işləri məni çox sevindirir. Trekdə yekunlaşmış işlərin həcminə baxdıqda, sözün yaxşı mənasında, təəccüblənirəm. Biz təxminən 4-5 saat vaxt sərf edərək, trekin hər bir qarışını yoxladıq. Ümumiyyətlə, trekdə bu günə qədər başa çatan işlərin keyfiyyəti çox yüksəkdir və şəxsən öz adımdan qeyd etmək istərdim ki, bir həftədən sonra burada keçiriləcək tədbirdə iştirak etməyi həyəcanla gözləyirəm”.

 Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il Formula 1 Avropa Qran Prisinin təşkili ilə bağlı lazımi hazırlıq tədbirlərinin böyük əksəriyyətini müvəffəqiyyətlə başa vurub və son tamamlama işlərini iyunun 16-dan əvvəl başa çatdırmaq əzmindədir.

 Hökumət Evinin qarşısındakı Paddokda yerləşən Pit binasının, o cümlədən, Beynəlxalq Avtomobil Federasiyası (FİA), Formula Bir Rəhbərliyi (FOM), Bakı Şəhər Halqası və tədbirin digər təşkilatçıları üçün nəzərdə tutulan inzibati binaların inşası artıq yekunlaşıb. Qeyd olunan binalarda texniki avadanlığın quraşdırılması işlərinin artıq son mərhələsi həyata keçirilir.

 Bakı Şəhər Halqasının asfalt örtüyü artıq hazırdır. Belə ki, son asfalt örtüyünün çəkilməsi də yekunlaşıb. Trekin ətrafındakı təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinin 95%-i sona çatıb.

 Şəhər sakinlərinin fasiləsiz hərəkətini təmin etmək üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerlərinin quraşdırılması qarşıdakı günlərdə həyata keçiriləcək. Eyni zamanda, 14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsiz baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək. Bakı Şəhər Halqası ətrafında quraşdırılacaq bütün tribunaların tikintisinin bu həftə yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, Formula 1 Şəhərciyinin yerləşəcəyi dənizkənarı bulvarda da hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930