Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənilər silah ala bilər: amma kimdən?

Kollektiv Təhlükəsizlik Müqaviləsmi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja İrəvanda jurnalistlərin suallarını cavablayarkən belə deyib.
Onun sözlərinə görə, fəaliyyətin çox formaları var: “Ən başlıcası isə KTMT sistemi daxilində güzəştli hərbi-texniki əməkdaşlıqla bağlı anlaşmadır. Bu, o deməkdir ki, Ermənistan silah və hərbi texnikanı istehsalçı zavodlardan güzəştli qiymətlərlə ala biləcək”.

Bordyuja daha sonra bildirib ki, KTMT təşkilatına üzv ölkələr 2025-ci ilədək kollektiv təhlükəsizlik strategiyasını praktiki olaraq razılaşdırıblar. Sənədin “müasir şəraitdə KTMT ölkələrinə qarşı yaranmış yeni çağırışlar və təhlükələrin dəf olunmasına yönəldiyi” vurğulanır.
N.Bordyuja ümid edir ki, strategiyanın layihəsi KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının payızda keçiriləcək toplantısında müzakirə ediləcək.
Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistanın üzv olduğu KTMT ölkələrinin təhlükəsizlik şuralarının rəhbərlərinin İrəvanda toplantısı keçirilib.
Təşkilatın baş katibi N. Bordyuja İrəvandakı mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib.
“Dağlıq Qarabağda aprelin əvvəlində hərbi əməliyyatlar başlayanda KTMT üzvü olan bütün ölkələr bu əməliyyatları dayandırmaq və münaqişə tərəflərini danışıqlar masası arxasına qaytarmaq üçün siyasi imkanlarından istifadə etməyə çalışdılar. Buna nail olduq. Məncə, bəhs etdiyim məqam, KTMT-nin fəaliyyəti situasiyaya məhz siyasi təsirdir. KTMT-yə qoşunlardan istifadə və ya güc potensialının tətbiqi baxımından yox, məhz bu prizmadan baxmaq gərəkdir. Əsas “kozır”ımız üzv ölkələrin və həmin ölkələrin dövlət daşçılarının dövlətlərimizin ərazilərində baş verən bu və digər hadisələrə siyasi təsiridir. Biz də həmin potensialdan tam istifadə etdik”, – N.Bordyuja deyib.

O, daha sonra vurğulayıb ki, KTMT katiblik və ya baş katiblə bitmir – bu qurum 6 dövlətin üzv olduğu strukturdur: “Ən mühüm amil də siyasi təsir rıçaqlarıdır. KTMT üzvü olan dövlətlərin sərhədlərinin yaxınlığında vəziyyətin gərginləşməsi və ya pisləşməsi, xüsusilə də silahlı münaqişə bütün üzv dövlətlər, onların stabilliyi üçün təhlükədir. Təbii ki, belə hadisələr diqqətimizdən yayınmır”.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan isə sualları cavablayanda Dağlıq Qarabağ münaqişəsi zonasında “dördgünlük müharibə” ilə bağlı vəziyyətin həddindən artıq gərginləşməsi ilə bağlı yaranmış problemlərin həllində, situasiyanın normallaşmasında KTMT-nin xüsusi rol oynadığını vurğulayıb.
Bu açıqlama N.Bordyujanın xoşuna gəlib və o, A.Gevorkyan danışarkən məmnunluqla başını yelləyib.
KTMT-nin İrəvan toplantısında səslənən “Ermənistan güzəştli qiymətlərlə silah və hərbi texnika ala bilər” açıqlamasını Ermənistanın hakimiyyət dairələri, xüsusilə də prezident Serj Sarkisyan iqtidarının nəzarətindəki media az qala “Rusiya ermənilərə kart-blanş verdi” kimi dəyərləndirsələr də, belə deyil.
Rusiya və ya KTMT üzvü olan başqa ölkələr, əslində, Ermənistana silah satmaqdan heç vaxt imtina etməyiblər. Həmin ölkələr isə Rusiya və Belarusdur. Qazaxıstan, Qırğızıstan və ya Tacikistanın hərbi-sənaye kompleksi, təbii ki, ermənilərin iştahını, onların tələblərini təmin edəcək səviyyədə deyil.

Üstəlik, sözügedən ölkələr arasında Qazaxıstanın Azərbaycanla münasibətlərini nəzərə alsaq, Astananın ermənilərə silah satmağa “yox” deməməsinə rəğmən, erməniləri silahlandırması, üstəlik də güzəştli qiymətlərlə texnika verməsi illüzor ehtimal təsiri bağışlayır.
Belarus da rəsmi olaraq ermənilərə “yox” deməyib, amma rəsmi Minsk son vaxtlar Ermənistanın xarici siyasətindən və xüsüusilə də Belarusa qarşı aqressiv çıxışlardan, bəyanatlardan qıcıqlandığından bu istiqamətdə də eyni mənzərədir.
Yerdə qalır, sadəcə, Rusiya.
Rusiya isə Ermənistana silah və hərbi texnikanı pulsuz yox, güzəştli qiymətlərlə verməyə hazırdır.
“Güzəştli qiymətlər” isə Rusiyanın Ermənistana kreditlər ayırması, sonra həmin kreditlər hesabına silah, hərbi texnika satmasıdır. Bu isə Ermənistanın onsuz da astronomik həddə çatmış dövlət borclarının artması, ölkə iqtisadiyyatının ən mühüm sahələrində Rusiya şirkətlərinin rolunun və təsir imkanlarının həndəsi silsilə ilə güclənməsidir.
Belə şərtlərlə ermənilərin silah almaları, əslində, onların tərksilah olmalarıdır.(milli.az)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930