Çexiya parlamenti “erməni soyqırımı”nın müzakirəsindən imtina edib
Çexiya parlamentinin Aşağı palatasının rəhbəri Yan Hamaçek Prezident Miloş Zemanın qondarma “erməni soyqırımı”nın çex deputatlar tərəfindən tanınması ilə bağlı təklifini qəbul etməyib. Bu barədə «RİA Novosti» məlumat verir.
Y.Hamaçek “Twitter”dəki səhifəsində yazıb: “Tarixi hadisələrə siyasətçilər deyil, tarixçilər münasibət bildirməlidir”.
Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek də bu fikirlə razıdır.