Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiyanın “vashdosug.ru” saytı: “Azərbaycan–qədim tayfalar, halva və neft başlıqlı”

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin təbliğat işləri nəticəsində Rusiyanın “vashdosug.ru” saytında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc edilib.
Müəllif Lyudmila Burkinanın “Azərbaycan – qədim tayfalar, halva və neft başlıqlı” yazısı bu fikirlə başlanır: “Bakı gözəl şəhərdir amma burada başqa gəzməli məkanlar da var ki, siz ora mütləq ayrıca səyahət etməlisiniz”.
 
Məqalənin “Bilgəh – sahil və çılçıraq” yarımbaşlığında ilk olaraq diqqəti çəkən cümlələr bunlardır: Aydın məsələdir ki, Azərbaycan turizm mərkəzlərindən birinə çevrilmək əzmindədir. Ölkənin turizm imkanlarının tanıdılmasına burada təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərin də təsiri var. Kosmopolit Bakı şəhəri bu gün Bakı 2015 I Avropa oyunları, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları, “Evrovision” mahnı yarışması, “Formula 1” kimi mötəbər tədbirlərə ev sahibliyi edir. Ölkənin zəruri infrastrukturu: möhtəşəmliyi ilə diqqət çəkən hava limanı, hamar magistral yollar, təmiz, baxımlı və xiyabanlarla zəngin paytaxt qonaqları qəbul etməyə hazırdır. Burada yenidən bərpa edilən və tamamilə müasir üsulda inşa edilən stadion və saraylar turistləri heyran etməyə bilməz. Bu tikililər siyahısına Heydər Əliyev Mərkəzi, Fairmont, Four Season, Kempinski, Marriot kimi dünya şəbəkəsinə daxil otellərini də qeyd etmək lazımdır.
 
Məqalədə daha sonra deyilir, Bakı şəhəri xüsusən də mərkəz turistlər üçün memarlıq abidələri, yeni tikililəri, qonaqpərvərliyi ilə maraqlı şəhərdir və burada turistlər istədikləri əyləncəni tapmaq imkanına malikdirlər, amma Xəzərin sahilində çimərlik turizmindən yararlanmaq üçün mütləq Abşeron yarımadasının şimal sahilində yerləşən Bilgəh qəsəbəsinə baş çəkməyi unutmayın. Buradakı təmiz hava, məxməri torpaq və dənizə birbaşa giriş xoş təəssürat yaradır. Hələ sovet dövründən məşhur olan sağlamlıq kurortu , bu gün Jumeirah şəbəkəsinə daxil olan dəbdəbəli otel də turistlərin diqqətin çəkir. Geniş ərazili otel böyük akvaparkla da təchiz edilib. Buranın interyeri ən prestijli Dubay standartları səviyyəsindədir. Bir nüansı da qeyd edək ki, otel rekordsuz ötüşmür. Belə ki, dünyada ən hündür çilçırağı siz məhz burada görə bilərsiniz. Jumeirah otelini hətta təyyarənin pəncərəsindən görmək imkanı da qazanırsınız. Çünki, hava limanından bura cəmi 45 dəqiqəyə gəlmək mümkündür.
 
Məqalədə daha sonra “Qobustan qədim tayfaların izi ilə” yarımbaşlıqla Qobustan Dövlət Tarixi Bədii Qoruğu haqqında dolğun məlumat verilir. Qobustana səyahət zamanı qayaüstü rəsmlər, qayalar və buradan görünən dağların möhtəşəm mənzərəsi məqalədə müxbir qələminin sehri ilə tərənnüm edilir. Müəllif qeyd edir ki, bura “Jeep” markalı avtomobil və atlarla da səyahət etmək mümkündür.
 
Məqalənin sonunda Lyudmila Burkina bir daha Azərbaycana səyahət zamanı təkcə paytaxt Bakını deyil, ətraf qəsəbə və bölgələrə səyahəti də tövsiyə edir.
 
Məqalə ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış olmaq mümkündür: http://www.vashdosug.ru/msk/travel/article/2432921/.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930