Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağdan Bakıdakı daxmalara aparan yol – 20 illik köçkün həyatı – FOTOLAR

“20 ildir bu durumda yaşayırıq, heç olmasa bundan sonra normal insan kimi yaşayaq”

Ölkəmizdə sosial problemlər çoxdur. Vətəndaşlarımızın güzəranı, qazancı, həyat şəraiti, hamısı problemdir. Bu və digər problemlərinin həll edilməsi isə hökumət üçün müşkül məsələyə çevrilib.

Müxtəlif instansiyalar edilən yüzlərlə müraciətlər, şikayətlər masaların üstündə qalır. Sadəcə, insanlar vədlər, boş-boş sözlər verilir: “Gələn il həll ediləcək”, “Bayramdan sonra baxılacaq”, “Cari ilin iş planına salınıb” və s. Amma gələn il də eyni sözlər deyilir. Musavat.com saytı bu dəfə Xətai rayonu, Gəncə prospekti 14 ünvanında yerləşən 188 nömrəli bağçadan yazır. Daha dəqiq desək, bağçada yaşayan 18 qaçqın ailəsindən…
Məsələ burasındadır ki, burada yaşayan ailələr ölüm təhlükəsi altında yaşamağa davam edirlər. 188 nömrəli uşaq bağçasının 3 binasından birində məskunlaşan ailələr illərdir heç bir təmir üzü görməyən otaqlarda, siçovulların və nəmişlik qoxuyan divarların əhatəsində yaşam mübarizəsi aparırlar. Laçın, Qubadlı və Zəngilandan didərgin düşən vətəndaşlarımızın səsinə heç kim səs vermir.
Bir otaqda azı 7-8 nəfər yaşayır. Otaqları faner lövhəsi ilə 2-3 hissəyə bölüblər ki, mətbəx, tualet, uşaqların yatması üçün yer yaransın. İki mərtəbədən ibarət olan bina qəzalı vəziyyətdədir. Divarlar çatlayıb, pilləkənlər hər an çökə bilər. Hətta bir neçə il öncə Şükürovlar ailəsinin yaşadığı otağın tavanı qəfildən uçub. Uçqun zamanı ailənin gənc oğlu ayağından zədə alıb. Hadisə zamanı əraziyə bir çox rəsmi nümayəndələr gəlsələr də, sadəcə baxıblar və “ölən yoxdur, ölən olsaydı, kömək edərdik” deyib, gediblər. Uçulan tavanı isə ailə öz hesabına təmir etdirməli olub. Bina köhnə olduğu üçün təmirin çox da böyük faydası olmur.
 
Bina sakinlərindən biri olan Yeganə Həsənova deyir ki, onların istəyi daha yaxşı şəraitdir: “İstər bizə ev versinlər, istərsə də pul… Əsas odur ki, biz insan kimi yaşaya bilək. 20 ildən çoxdur ki, yataqxana həyatı yaşayırıq. Müraciət etmədiyimiz yer qalmayıb. Di gəl ki, faydası yoxdur. Şikayətlərimiz baxılmadan masalarda qalır. Bizə söz vermişdilər ki, guya 2016-cı ilin yanvar ayında bizi köçürəcəklər. Artıq iyundur və hələ də buradayıq. Maşınlar keçəndə evlər silkələnir”.
“Siçovullarla bir evdə yaşayırıq”
Bu evə girmək üçün gərək əyilə-əyilə hərəkət edəsən. Çünki evin hündürlüyü metr yarım olar, ya da olmaz. Bu da azmış kimi, mətbəxdə ağac bitib. Ağacın kökü evin içindən keçir. Bu evdə 9 və 6 yaşlı iki uşaq böyüyür. Evin gəlini Aytəkin Məmmədova deyir ki, yağış yağanda uşaqlarını yatırmağa yer tapmır: “Hər yerdən su damır. Yağış yağanda evin ortasına qab düzürük ki, ayağımızın altı su olmasın. Siçovullarla bir evdə yaşayırıq. Olan-qalan paltar-palazımızı yeyirlər. Gecələr qorxa-qorxa yatırıq ki, birdən uşaqları dişləyərlər. Burda hər növ gəmirici, sürünən var. Biz siçovullara, kərtənkələlərə öyrəşmişik artıq, amma uşaqlara görə qorxuruq. Övladlarımız dərs oxumağa da yer tapmır. İşıq sönəndə isə zülmət qaranlıq olur. Evin içində əncir ağacı olar? Amma bizdə var”.
“Gözlərimin görməməsinə sevinirəm, çünki 2 nəvəmin yaşadığı evi daha görmək istəmirəm”
92 yaşlı Nabat Vəliyeva da acınacaqlı vəziyyətdə yaşayan qaçqınlardan biridir. Artıq 1 ildir ki, gözləri də görmür. Belə durumda yaşayan istənilən insan istənilən xəstəlik tapar. Yer torpaq, tavan taxta, divarlar kağız… Danışa-danışa göz yaşlarını saxlaya bilməyən 92 yaşlı Nabat nənə, Zəngilanda yaşadığı vəziyyətlə indiki durumu müqayisə edir: “Orada torpağımız, mal-qaramız, böyük evimiz-eşiyimiz var idi. Lənətə gəlmiş erməni bizi torpağımızdan didərgin saldı. İndi də bu vəziyyətdəyik. Görün, biz nə şəraitdə yaşayırıq. Bəzən gözlərimin görməməsinə sevinirəm, çünki 2 nəvəmin yaşadığı evi daha görmək istəmirəm”.
“Tək istəyimiz insan kimi yaşamaqdır”
Sakinlərin istəyi eynidir. Ya onları normal evə köçürsünlər, ya ev almaq üçün pul versinlər, ya da onlara hazırda yaşadıqları yerdə ev tikməyə icazə versinlər: “Daşı-daş üstünə qoyan kimi başımızın üstünü kəsdirirlər. Amma dərdimizə əlac tapmaq lazım olanda heç biri tapılmır. Biz var-dövlət istəmirik. Tək istəyimiz insan kimi yaşamaqdır”.
“İki oğlum var. Yaxınlıqdakı məktəbdə oxuyurlar. Sinif yoldaşları onu evimizə görə, ələ salırlar. O da utanır. O utandıqca, pis olduqca bir ana olaraq ürəyim parça-parça olur” – sözlərini deyən Yeganə Məmmədova bəlkə də 18 ailə içində ən ağır durumda yaşayanlardan biridir. Balaca daxmada anası, fəhləliklə ailəsini dolandırmağa çalışan həyat yoldaşı və iki övladı ilə birgə yaşayır. Əgər buna yaşamaq demək olarsa.
“Qaçqınlar Bakıya gəlib, özlərinə şərait qurdular. Hamısının maşını, villası, yaxşı imkanı var” sözünü çox eşitmişəm. Bu sözləri dillərində əzbərə çevirmiş şəxslər bəhs etdiyimiz ünvana yollanıb, orada yaşayan qaçqınların “villaları” ilə tanış ola bilərlər.
Məhəmməd Türkmən
Fotolar müəllifindir
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930