Azərbaycanlılar ermənilərlə birlikdə “DQR” bayrağı ilə piket keçirirlər
Avropada yaşayan azərbaycanlılar bir qrup erməni ilə birlikdə Almaniya kansleri Angela Merkelin iqamətgahının qarşısında aksiya keçirirlər.
Yaxın zamanda iqamətgahda Angela Merkellə Azərbaycan prezidenti İlham Əliyevin görüşü başlamalıdır.
Almaniyanın “Spiegel” nəşrinin məlumatına görə, müzakirələrin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı olacaq.
Görüşə az qalmış bir qrup erməni separatçı “DQR” bayraqları ilə alman kanslerin iqamətgahı qarşısında piket təşkil edib.
Piketdə azərbaycanlılar da iştirak edir. Onların arasında siyasi mühacirlər Həbib Müntəzir və Elmir Mirzəyev də var.