Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Azərbaycanla Rusiya arasında olan münasibətlərin inkişafı üçün səylərimizi artırırıq”

“Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi mövcud problemlərin aradan qaldırılması baxımından çox önəmlidir. Xaricdə yaşayan azərbaycanlıların bir yerə yığılması adi iş deyil. Burada yığışmaq, görülən işlərlə bağlı hesabat xarakterli məruzələr etmək, eyni zamanda problemlərin aradan qaldırılması yollarını müzakirə etmək, diaspor sahəsində olan boşluqların aradan qaldırılmasını araşdırmaq zəruri məsələdir”. Bu fikri qurultayın iştirakçısı, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişov bildirib.

O deyib ki, Qurultay zamanı  yaranan əlaqələr bəzən önəmli tədbirlərə imza atılmasına vasitə olur: “Bizdən sonra gənclər gəlir. Gənclərə öz tövsiyələrimizi, məsləhətlərimizi verməliyik. Cənab Prezident də Qurultayın açılış mərasimində vurğuladı ki, erməni diasporu əksər ölkələrdə güclüdür. Onlar çalışırlar ki, bir olsunlar, hər yerdə bir-birlərinə dəstək versinlər. Biz də çalışmalıyıq ki, onlardan daha güclü olaq, birliyimiz daha möhkəm olsun”.

Vaqif Məmişov Rusiyadakı azərbaycanlılar Vətənə bağlıllığından da danışıb: “Mən ümummilli lider Heydər Əliyevə minnətdaram. Ümummilli lider Heydər Əliyev 2001-ci ildə Moskvaya səfəri zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə birlikdə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) açılışını etdi. O zaman Azərbaycanın Rusiyadakı əksər diaspor nümayəndələri bir yerə yığıldı və ÜAK-ın açılışı təntənəli şəkildə həyata keçdi. Ulu öndər bu sahəyə xüsusi önəm verirdi və bu səbəbədən də önəmli addımlar atdı. O, bizə həmişə tövsiyə edirdi ki, tarixi vətənimizə bağlı olaq, Azərbaycana tez-tez gəlib gedək, ana yurdumuzu unutmayaq. Təbii ki, biz qərib ölkədə yaşamağımıza baxmayaraq, vətənimizin, xalqımızın qayğısına qalmalıyıq”.

Rusiya-Azərbaycan münasibətlərinə toxunan V.Məmişov diasporun bu əlaqələrin inkişafına töhfə verdiyini deyib: “Bu gün Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur və bu, daha da yüksələn xətt üzrə inkişaf edir. Bununla yanaşı, Rusiya və Azərbaycan Prezidentlərinin arasında da səmimi dostluq münasibətləri var. Bəziləri bunun əhəmiyyətini o qədər də anlamır. Amma bu çox önəmlidir”. Prezident İlham Əliyev hər dəfə Rusiyaya səfər edərkən Vladimir Putinlə görüşməsi bizim üçün çox müsbət vəziyyət yaradır. Bu bizə əlavə stimul verir. Biz daha da ruhlanırıq və iki dövlət arasında olan münasibətlərin inkişafı üçün səylərimizi artırırıq”.

O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti həm də həmin ölkələrin vətəndaşlarıdırlar: “Təbii ki, xaricdə yaşayan azərbaydcanlılarla, Azərbaycan diasporu ilə səfirliyin əlaqələri sıx olmalıdır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə sıx əlaqələrimiz var. Amma bəzən elə diplomatlar olur ki, onların fəaliyyəti əks effekt verir. Elələrinin fəaliyyəti birliyimzə töhvə vemrir, əksinə maneçilik yaradır, parçalanmaya xidmət edir. Elə insanların olmasındansa olmamağı yaxşıdır”.

AMMM sədri, Prezident İlham Əliyevin tövsiyələrinin mühüm strateji əhəmiyyəti olduğunu vurğulayıb: “ Prezident Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıların arxasında olduğunu, bizi unutmadığını, Azərbaycanın hər birimizin vətəni olduğunu qeyd etdi. Əlbəttə, bu gün çox sevinirik ki, ölkəmiz inkişaf edir. İqtisadi potensial sürətlə artır. Əlbəttə, biz də istəyərik ki, öz vətənimizdə də nəsə edək, hansısa biznes quraq. Bu gün iş adamlarının burada biznes qurması üçün hər cür imkanlar yaradılıb. Bəzi çətinliklər aradan qaldırılıb. Təbii ki, düzgün işləməklə, qanuna riayət etməklə normal qaydada fəaliyyət göstərə bilərsən. Bir daha deyirəm ki, çalışacağıq ki, burada nəsə edək. Onu da nəzərinizə çadırım ki, cənab Prezidentin Qurultayda çıxışı, məsləhətləri mənə çox xoş təsir bağışladı. Biz, çalışacağıq ki, onun tövsiyələrinə, məsləhətlərinə riayət edək. Ümummilli lider Heydər Əliyev də həmişə deyirdi ki, harada yaşamağınızdan asılı olmayaraq siz azərbaycanlısınız”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930