Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Atəşkəs olduqca kövrəkdir…”–İlham Əliyev Almaniyadan mesajlar verdi

Bu gün Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.

Strateq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Azərbaycan Prezidentini salamlayaraq bu Forumun keçirilməsindən məmnun olduğunu bildirdi. O, bir neçə gündən sonra Bakıda baş tutacaq “Formula-1” yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Ziqmar Qabriel “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib.

Vitse-kansler ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini dedi, iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb.

Ölkəmizdə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzləşdiyi ən böyük problemdən – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu Forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.

Forumda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını bildirib.

Münasibətlərin iqtisadi əlaqələrin inkişafına da təsir etdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizlik və sabitlik vacibdir.

Son vaxtlar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən hadisələrə diqqəti cəlb edən Prezident İlham Əliyev vurğulayıb ki, atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz. İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan İlham Əliyev Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il bundan əvvəl yaşadığını qeyd etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirib.

“Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək”, – deyən Prezident İlham Əliyev bildirdi ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Son 25 ildə ölkəmizdə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub.

“Biz Ermənistan ilə atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik”, – deyən dövlət başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğuladı.

Avropaya qaz ixracını təmin edəcək layihənin 2012-ci ildən icra olunduğunu bildirən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini deyib. Dövlət başçısı layihə üzrə güclü tərəfdaşlıq komandasının yarandığını vurğuladı, bu layihələrə Avropa İttifaqının da böyük dəstək verdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev bütün tərəfdaşlara fayda verəcək bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən Dövlət başçısı ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da ölkəmizin gələcəkdə logistik mərkəzə çevriləcəyini söyləyib.

Keçən il Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdıran Dövlət başçısı bu ay ölkəmizdə “Formula–1” yarışlarının, gələn il isə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini dedi. Azərbaycan Prezidenti bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirib.

“Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik”, – deyən Dövlət başçısı ölkəmizdə əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğulayıb, bu Forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra “Knauf” şirkətlər qrupunun icraçı direktoru, Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitənin idarə heyətinin üzvü Manfred Qrunke və Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişafından danışıblar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930